21 fevral 2023 20:30
434

Cerrard PSJ-nin baş məşqçisi təyin oluna bilər

İngiltərə millisinin və "Liverpul"un sabiq futbolçusu Stiven Cerrard Fransa PSJ-sinin baş məşqçisi təyin oluna bilər.

“İki sahil”  "The Scottish Sun" nəşrinə istinadla xəbər verir ki, Paris təmsilçisi veteran yarımmüdafiəçinin namizədləyini nəzərdən keçirir.

Klub rəhbərliyi hesab edir ki, 43 yaşlı mütəxəssis növbəti mövsüm komandada irəliləyişə nail ola bilər.

Qeyd edək ki, Stiven Cerrard son olaraq, ölkəsinin "Aston Villa" klubuna başçılıq edib.