21 fevral 2023 14:19
490

ÇL-də daha iki oyuna hakim təyinatları

Çempionlar Liqasında 1/8 finalında sabah keçiriləcək iki ilk oyun üçün hakim təyinatları müəyyənləşib.

“İki sahil” xəbər verir ki, matçlar aşağıda adları qeyd olunan hakimlərə həvalə olunub.

"Leyptsiq" - "Mançester Siti" 

Hakimlər: Serdar Gözübüyük, Ervin Zeinstra, Yohan Balder, Joey Kooij (hamısı Niderland)

"İnter" - "Portu"

Hakimlər:  Srdan Yovanoviç, Uros Stoykoviç, Milan Mihayloviç, Novak Simoviç (hamısı Serbiya)

Qeyd edək ki, hər iki görüş yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 00:00) başlayacaq.