21 fevral 2023 10:35
969

Prezident İlham Əliyevin Münhendə sərgilədiyi mövqe Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun növbəti göstəricisi idi

Qloballaşan dünyanın bir parçası olmaq və bu inteqrasiyada  nüfuzlu sırada yer tutmaq hər bil ölkənin xəyal etdiyi arzulardır. Dünya  nizamının dəyişdiyi  bir dövrdə bu təlatümlərdən yan keçmək,  rəhbərlik etdiyin ölkəni sabitlik  adasına çevirmək  insanda bir hünər  istər.  Bu, çətin və  təlatümlü dönəmlərdə öz müsbət  liderlik  reputasiyasını qorumağı bacaran cənab  Prezident  İlham Əliyev dünyanın  bir çox nüfuzlu şəxslərinin təbirincə  desək istər ölkə daxilində,  istərsə də beynəlxalq  aləmdə lider olmağı bacardı. Bu xarizmatik keyfiyyətin başlıca  səbəbi onun Heydər Əliyevin oğlu olmağında idisə,  digər səbəbləri isə İlham Əliyevin   peşəkar dipllomat  kimi yetişməsi,  gərgin əməyinin  və zəhmətinin bəhrəsi  idi.

Sari ilin fevral ayının 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 56-cı Münxen Təhlükəsizlik  Konfransında  iştirak etmək üçün  Almaniya  Federativ Respublikasına səfər etmişdir. Səfər çərçivəsində  Almaniyanın Şərqi  Biznes Assosiasiyasının  baş icraçı direktoru  Mixael Harms  və assosiasiyanın  Cənubi  Qafqaz ölkələri üzrə  işçi qrupunun  rəhbəri,  “Veridos  Gmbh” şirkətinin baş icraçı katibi  Andreas  Reşmayer ilə görüşmüşdür. Görüşdə  Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inklişafı və şaxələndirilməsi  istiqamətində  görülən işlər  barədə  məlumat  verildi. İqtisadiyyatın rəqəmsallaşdırılmasının  və Davos forumu ilə  Azərbaycan arasında  əldə edilmiş razılaşmaya əsasən  Dördüncü  Sənaye  İnqilabı üzrə  Bakıda regional  mərkəzin yaradılmasının əhəmiyyəti qeyd edildi. Qarşılıqlı fikir  mübadiləsi  zamanı  Azərbaycanın regionlarının 2020-2024- cü illəri əhatə edən  inkişaf  planından, sənayenin  inkişafı istiqamətində  görülən işlərdən, bu prosesdə alman şirkətlərinin iştirak etməsinin əhəmiyyətindən bəhs  edildi.  Eyni  zamanda , Azərbaycanın  Şimal-Qərb, Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə  nəqliyyat  dəhlizlərindəki əsas  rolundan,  ölkəmizin enerji resurslarının Avropa üçün nə dərəcədə  əhəmiyyətli olması vurğulandı. Görüş zamanı Azərbaycan və  Almaniya  biznes mühitini bir araya gətirən biznes forumlarının keçirilməsinin  əhəmiyyəti  qeyd edildi. O cümlədən, Azərbaycanda  peşə təhsili sahəsində  Almaniya ilə birlikdə qarşılıqlı əməkdaşlığın faydaları müzakirə olundu. 

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik  Konfransı çərçivəsində  18 fevral tarixində “Dağları aşmaq? Cənubi Qafqazda  təhlükəsizliyin  qurulması”  adlı plenar iclasda da  bir sıra vacib  məqamlara  toxundu. O,  dedi;” Tarixdə ilk dəfədir ki,  Münxen Təhlükəsizlik  Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşürlər. Biz hamımız  regionda  vəziyyətə  iki istiqamətli  yanaşmanın  zəruri olmasını  başa düşürük. Birincisi, Azərbaycanla Ermənistan arasında  sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri”;

Panel müzakirələr  zamanı  Ermənistanın  Baş naziri  Nikol  Paşınyanın “Dağlıq  Qarabağ” ifadəsi işlətməsi və  hələdə  bölgəni  “Dağlıq  Qarabağ” kimi dünyaya  sırıması onun  nə qədər  məkrli  mövqe  nümayiş  etdirməsini  bir daha   aydın şəkildə  biruzə verirdi. Həmişə olduğu kimi,  yenədə  ustalıqla  və peşəkarcasına  oponentini  faktlarla  və dəlillərlə  susdurmağı  bacaran Prezident  İlham Əliyev bildirdi: “Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb. Azərbaycanda  Dağlıq Qarabağ kimi  inzibati vahid  yoxdur. Azərbaycanın suverenliyinə  və Konstitusiyasına  hörmət edilməlidir. Azərbaycanda  erməni əhalinin  olduğu  Qarabağ  rayonu var. Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi  ilə bağlı  müzakirələr  aparılacaq.  Azərbaycan erməni  icmasının  Qarabağda doğulmuş  və bütün ömrü boyu  orada yaşamış  nümayəndələri  ilə  müzakirə  etməyə hazırdır, Qarabağda  Rusiyadan rəhbər  mövqe tutmaq  üçün  ixrac edilmiş  şəxslə yox.  Azərbaycanla  Ermənistan arasında  münasibətlərin normallaşdırılması  ilə əlaqədar olaraq  bir neçə  platformamız var. Onlardan biri  Brüssel  formatıdır. Bu formatın  üçtərəfli olduğu, yəni, Aİ, Azərbaycan  və Ermənistan arasında  olduğu barədə bir anlaşma  vardır. Hər kimsə  iki ölkənin razılığa  gəlməsinə  kömək edərsə, çempion medalını  qazanacaqdır”.

Prezident  İlham Əliyev həmişə  istər mötəbər beynəlxalq  tədbirlərdə,  istərsədə xarici və yerli media mənsubları  ilə görüşdə  konstruktiv  və ədalətli mövqe nümayiş etdirib. 44 günlük  Vətən müharibəsi ərəfəsində  də  onun ölkəmizin mövqeyini necə səbr  və təmkinlə,  ən əsası beynəlxalq  hüququn norma və prinsipləri çərçivəsində   müdafiə etməsi   İlham  Əliyevin  uzaqgörən və  böyük siyasətçi  olmağının  növbəti  təntənəsi idi. Azərbaycan xalqı  bütün varlığı ilə  Prezident  İlham Əliyevə  inanır  və etibar edir. İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizin müstəqilliyi,  tərəqqisi və inkişafı naminə  xalqımızın monalit olmasını  arzu edirəm...

Mürvət İbrahimov,
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Tarixçi