20 fevral 2023 18:27
502

Bundesliqa tarixində rekorda imza atdı

Bundesliqanın 21-ci turunda "Herta" ilə matç "Borussiya"nın (Dortmund) futbolçusu Cud Bellinqem üçün əlamətdar olub.

"İki sahil" "Opta"ya istinadən xəbər verir ki, komandasının 4:1 hesablı qalib gəldiyi görüşdə Bellinqem də iştirak edib. Bu, ingiltərəli yarımmüdafiəçinin "Borussiya" ilə Bundesliqada qazandığı 50-ci qələbə olub. 

Nəticədə 19 yaş 235 günlüyündə olan Bellinqem yerli çempionatın tarixində 50 qələbə həddinə çatan ən gənc futbolçu adını qazanıb.

Qeyd edək ki, Bellinqem 2020-ci ildən "Borussiya"da oynayır.