20 fevral 2023 12:36
464

İngiltərəli futbolçu Bundesliqada yeni rekorda imza atıb

"Borussiya" (Dortmund) klubunun futbolçusu Cud Bellingem Almaniya Bundesliqasında yeni rekorda imza atıb.

“İki sahil” xəbər verir ki, ingiltərəli oyunçu buna XXI turda "Herta"nı 4:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.

Yarımmüdafiəçi Almaniya çempionatında ən gənc yaşda 50 qələbə qazanan futbolçu adına sahib çıxıb. O, bunu 19 yaş 235-ci günündə bacarıb.

Daha əvvəl rekord hazırda Portuqaliya "Benfika"sının formasını geyinən Yulian Drakslerə məxsus idi.

Qeyd edək ki, Cud Bellingem 2020-ci ildən "Borussiya"nın əsas komandasında çıxış edir.