20 fevral 2023 09:45
511

Maykl Antonio: Həyatımda insanların belə sürətlə qaçdığını görməmişəm

"Vest Hem"in hücumçusu Maykl Antonio "Çelsi"nin bu qış Donetsk "Şaxtyor"undan 70 milyon+ 30 milyon avro bonus qarşılığında transfer etdiyi Mixail Mudrikin sürəti barədə danışıb.

“İki sahil” xəbər verir ki, onun ukraynalı vingerin performansı haqda dediklərini "Football.London" belə çatdırıb:

"Mudrik çox cəld və sürətlidir. Həyatımda insanların belə sürətlə qaçdığını görməmişəm. Bu oğlan kimisi hələ qarşıma çıxmayıb".

Qeyd edək ki, "Çelsi" forması ilə 4-ü Premyer Liqa matçı olmaqla 5 oyun keçirməyə imkan tapan Mudrik məhsuldar göstəricilərlə yadda qalmayıb.