19 fevral 2023 21:30
692

“Zirə” qol vurdu, “Qarabağ” qazandı

Bu gün Misli Premyer Liqasının 23-cü turu çərçivəsində “Zirə” 0–0 “Qarabağ”ı qəbul edib.

“İki sahil” xəbər verir ki, Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev və Vüqar Həsənlidən ibarət hakimlər briqadasının idarə etdiyi qarşılaşmanın 87-ci dəqiqəsində “Zirə”nin futbolçusu Qismət Alıyev topu öz qapısından keçirib – 0-1.

Oyun bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

23-cü tur

19 fevral (bazar)

19:00. “Zirə” 0–1 “Qarabağ”

Qol: Qismət Alıyev, 87-avtoqol (0:1)

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Vüqar Həsənli

Zirə İdman Kompleksinin stadionu