19 fevral 2023 19:19
520

Neymar meydanı xərəkdə tərk etdi

PSJ-nin hücumçusu Neymar Fransa çempionatının 24-cü turunun bu gün "Lill"lə keçirilən oyununda zədələnib.

“İki sahil” xəbər verir ki, braziliyalı futbolçusu “Lill”in müdafiəçisi Fonte ilə toqquşub və topuğundan zədə alıb.

O, matçın 51-ci dəqiqəsində əvəzlənməli olub. Meydanı xərəkdə tərk edən hücumçunu Huqo Ekitike əvəzləyib. 

Neymar PSJ-nin 4:3 hesab ilə qalib gəldiyi matçın 11-ci dəqiqəsində Kilian Mbappeyə qol ötürməsi verib. 17-ci dəqiqədə isə özü rəqib qapısına yol tapıb.