19 fevral 2023 18:36
676

"Sabah" "Turan Tovuz"a uduzdu

Bu gün Misli Premyer Liqasının 23-cü turu çərçivəsində "Sabah" "Turan Tovuz"u qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 11-ci dəqiqəsində Natan Oduva hesabı açıb. 62-ci dəqiqədə isə Ayxan Quseynov fərqi iki topa çatdırıb.

Oyun bu hesabla da başa çatıb.

Misli Premyer Liqası,

23-cü tur

19 fevral (bazar)

16:30. “Sabah” 0-2 “Turan Tovuz”

Qol: Natan Oduva, 11, Ayxan Quseynov, 62

Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Cəmil Quliyev, Nicat İsmayıllı

“Bank Respublika Arena”