Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur
Mingəçevir Su Elektrik Stansiyası-Cənubi Qafqazda ən böyük su elektrik stansiyası olub, Kür çayının üzərində, Mingəçevir şəhərinin yaxınlığında yerləşir. Mingəçevir şəhəri Azərbaycanın energetika mərkəzidir. Belə ki, ölkədə istehsal olunan bütün elektrik enerjisinin 65 faizi məhz bu şəhərin payına düşür. Mingəçevir su elektrik stansiyası tikintisi 1945- ci ildə başlanılmış, 1953 –cü ildə ilk hidroaqreqat əldə olunmuşdur. 1954-cü ildən isə stansiya tam gücü ilə işə başlamışdır.
Su elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhəri Ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Şəhər Ulu öndərin təşəbbüsü və uzaq görən siyasəti nəticəsində Azərbaycanın energetik mərkəzinə çevrilmişdir. Heydər Əliyevin rəhbərliyi ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. 1981-ci ildə Böyük stansiyanın birinci blokunun açılışında Heydər Əliyev şəxsən özü iştirak etmişdir.
Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. Həmin dövrdə məğlub Ermənistan müharibə qanunlarına zidd olaraq mülki obeyktləri, eyni zamanda Mingəçevir Elektrik Stansiyasını da hədəfə alırdı. Qazanılan zəfər isə ölkəmizin həyatında yeni inkişaf mərhələsinin başlanğıcını özündə əks etdirdi.
13 fevral 2023-cü il tarixində Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilən zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha Azərbaycanın enerji sahəsində qazandığı uğurların xronologiyasını təqdim edib. Bir mühüm məqam diqqətə çatdırıldı ki, dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır. Mingəçevir şəhəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düzgün və qətiyyətli siyasəti sayəsində ölkəmizin digər şəhərləri kimi, günü gündən gözəlləşir və inkişaf edir.
Təməli qoyulan İstilik Elektrik Stansiyası ölkəmizin enerji potensialı böyük dərəcədə gücləndirəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq. Bu stansiyanın 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Pərvanə Əliyeva,
YAP Xətai rayon təşkilatının "General Mehmandarov 9" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
Bakı şəhəri, 264 nömrəli məktəb-liseyin laborantı