Azərbaycanda enerji qıtlığı olmayacaqdır, ölkəmizdə enerji təhlükəsizliyi ilə bağlı bütün problemlər artıq öz həllini tapmışdır. Buna görədə biz müasir texnologiyalara böyük diqqət göstəririk
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev
Ölkəmizdə elektrik enerjisi istehsalı ölkə daxilindəki tələbatı tam ödəməklə yanaşı ixrac imkanları da yaradılıbdır. Azərbaycanin enerji təminatında Mingəçevir Su Elektrik stansiyasının xususi yeri və çəkisi var. Mingəçevir Su Elektrik stansiyasının uzun illər Azərbaycan əhalisinin və ölkə iqtisadiyyatının tələbatının ödənilməsində mühüm rol oynamışdır.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə və gərgin səyi nəticəsində, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük Elektrik Stansiyasının 1-ci bloku açılışı 1981-ci ildə məhz Ümummilli Lider Heydər Əliyevin şəxsən iştirakı ilə baş tutmuşdur. Onu da qeyd etmək istərdim ki, İkinci Qarabağ müharibəsi zamanı prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuzun 44 gün ərzində düşmən qüvvələrini darmadağın etdikdən sonra həmin ərazilərdə yenidənqurma, tikinti, abadlıq işlərinə başlanılıb. İlk növbədə işğaldan azad edilmiş ərazilərin enerji sistemi yenidən qurulmuş, müasir tələblərə cavab verən enerji infrastrukturu yaradılmışdır.
Mingəçevir Elektrik Stansiyası erməni qəsbkarları tərəfindən mülki obyektlərlə yanaşı uzaq mənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumlarına qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, düşmən öz çirkin niyyətinə çata bilmədi. Müasir dövrümüzdə məhz enerji təhlükəsizliyi dünya ölkələrinin qarşısında duran ən vacib məsələlərdən biri olmuşdur. Buna görədə Azərbaycanın da Avropanın enerji təhlükəsizliyində rolu getdikcə önə çəkilir, Mingəçevir təkcə Azərbaycanın deyil ümumilikdə Qafqazın enerji mərkəzinə çevrilib. Bir neçə gün əvvəl Bakıda Gülüstan sarayında keçirilən ən böyük İstilik Elektrik Stansiyasının açılış mərasiminə aid tədbir keçirilmişdir. Mingəçevir şəhəri Azərbaycanın elektroenergetika mərkəzi kimi əhəmiyyəti və rolu artacaq. Gün gələcək Mingəçevir şəhərində 1280 meqavat gücündə elektrik stansiyasının açılışı xəbəri də enerji diplomatiyasının növbəti uğuru olacaqdır.

Afət orucova,
Bakı şəhəri, Xətai rayonu, 59 nömrəli tam orta məktəbin Tarix müəllimi,
YAP Xətai rayon təşkilatınım "8 Noyabr pr. 159" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü