16 fevral 2023 10:39
460

Qardaşlıq nümunəsi

Ərazisinin böyük bir hissəsi fay xəttində yerləşən qardaş ölkə Türkiyədə 6 fevral 2023-cü il tarixində güclü zəlzələ baş verib.

Zəlzələ Türkiyə Respublikasının Hatay, Kahramanmaraş, Şanlıurfa, Adıyaman, Qaziyantep, Malatya, Osmaniyə bölgələrində 7.7-7.6 bal gücündə müşahidə edildi. Dəhşətli zəlzələ nəticəsində 35mindən çox insan həyatını itirdi.Bir çox yaşayış binaları,o cümlədən infrastruktur obyekləri yerlə yeksan olmuş,yollar sıradan çıxmışdır. Hər zaman öz dəstəyini və köməyini göstərən Azərbaycan Respublikası bu dəfə də öz köməyini əsirgəmədi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayaraq, zəlzələ nəticəsində həlak olanlar üçün dərin məyusluq hissi keçirdiyini bildirib,ailələrinə və yaxınlarına səbr diləyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə dərhal Fövqəladə Hallar Nazirliyinin 725 nəfər üzvü Türkiyə yola salınıb.Bununla yanaşı,mərhəmətli Azərbaycan xalqı da yardımlar toplayıb-ərzaq,tibbi ləvazimatlar,isti geyimlər, çadırlar göndərib.

Bu hadisədə də Azərbaycan xalqı bir daha dünyaya sübut etdiki,Türkiyə ilə olan bağlılıq sadəcə dövlət siyasəti deyil,əsl qardaşlıq münasibətidir.Nəriman Nərimanovun Atatürkə yazdığı məktubunda deyildiyi kimi:”Bizdə qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşının əlindən tutar. Biz qardaşıq, hər zaman əlinizdən tutacaq və tutmağa davam edəcəyik”.

Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının "General Şıxlınski 56/2" ünvanı üzrə ərazi partiya təskilatının üzvü