Qardaş ölkə Türkiyədə 06.02.2023-cü ildə baş verən zəlzələ fəlakəti nəticəsində 30 mindən çocx insan həyatını itirmiş, səksən minnən çox insan ağır yaralanmışdır. Çox sayılı bina və strateji əhəmiyyətli obiyekt dağılmışdır. Hər zaman dostluq və qardaşlıq prinsiplərinə sadiq qalaraq ilk yardıma Azərbaycan dövləti və xalqı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığıyla hərəkətə keçdi. Vaxt itirmədən Fövqəladə hallar nazirliyinin 725 nəfər heyyət üzvü xüsusi xilas edicilər daxil olmaqla Türkiyəyə yollandı. Daha sonar mobil səhra hospital, hərbi tibb personalı və xüsusi həkim heyyəti göndərildi.Hal hazırda 512 nəfərə tibbi xidmət göstərilir. Azərbaycan xalqı bütövlükdə bu həssas məsələdə böyükdən kiçiyə əllərindən gəldiyi qədər yardım toplamağa başladı. Bütün regionlarımızdan çoxsayılı tırlarla Türkiyəyə yardımlar göndərilir. Dövlət tərəfindən lazım olan digər lazimi çadır qurğular,çox sayılı generatorlar,tibbi və ərzaq tədarükü də həyata keçirilir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu qardaş ölkəyə yardımları fəal şəkildə davam etdirir. Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə daha bir humanitar yardım göndərilib. Bu gün zəlzələ bölgəsinə uçan təyyarədə çadırlar və qızdırıcılar daxil olmaqla ümumilikdə 40 ton yardım yola salınıb. Heydər Əliyev Fondu faciənin ilk günündən qardaş ölkəyə öz dəstəyini göstərib. Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə bundan əvvəl fevralın 9-da və 11-də faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar göndərilib. Eyni zamanda, xatırladaq ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə vətəndaşlardan toplanan isti geyim və avadanlıqlar da artıq Türkiyəyə yola salınıb. Dəstək üçün könüllülərimiz Türkiyəyə yola salınıb. Zəlzələdə yaralananların müalicəsi üçün dövlətimizin başçısının tapşırığına əsasən Bakıda və Naxçıvanda xüsusi şərait də yaradılıb.
Hal-hazırdada Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çətin hava şəraitinə baxmayaraq xilasetmə əməliyyatını davam etdirilər. Zəlzələ bölgəsində FHN tərəfindən cadırlar qurulub. Türkiyədə olan Azərbaycanlıların təxliyyəsi də sürətlə həyata keçirilir. Azərbaycandan Türkiyəyə xilasedicilərin göndərilməsi yaralılara kömək üçün tibb personalı, tibbi ləvazimatlar, zəruri dava-dərman göndərilməsi “Bir millət, iki dövlət” ifadəsinin önəmini bir daha təsdiqləyir
Həsən Əliyev,
YAP Xətai rayon təşkilatının fəalı