Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir
Bu il fevral ayının 13-də Bakıda “Gülüstan” sarayında vacib tədbir baş tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də iştirak etdiyi bu tədbirin məqsədi müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi idi.
Cənab Prezidenti İlham Əliyev tədbirdə çıxış edərək Mingəçevirin hazırkı vaxtda elektroenergetika sahəsində ölkəmizin əsas şəhəri olduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı Mingəçevirin Azərbaycanla yanaşı, Qafqazın da enerji mərkəzinə çevrilməsində Ulu Öndər Heydər Əliyevin xidmətini yada saldı. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuş, böyük stansiyanın birinci blokunun açılışı 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin şəxsən iştirakı ilə olmuşdur.
Ölkə başçısı müstəqillik qazandığımız ilk dövrləri xatırladaraq bildirdi ki, həmin çətin illərdə ümumi generasiya gücü 2400 meqavat olan Mingəçevir Elektrik Stansiyası Azərbaycanı elektrik enerjisi ilə təchizatını təmin edirdi. 2018-
ci ildə Mingəçevir Elektrik Stansiyası tamamilə yenidən qurma işlərinə başlayaraq iki ildə 8 blok tamamilə yenidən qurularaq istifadəyə verilmiş, 2020-ci ildə isə stansiyada işlər tamamlanaraq 2400 meqavat generasiya gücünə malik olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bərpa-yenidənqurma işlərindən sonra təqribən 600 meqavatdan çox itirilmiş güclərin bərpasının yeni bir böyük stansiyanın tikintisi bərabər olduğunu diqqətə çatdırdı.
Azərbaycan üçün Mingəçevir Elektrik Stansiyasının əhəmiyyətindən bəhs edən cənab Prezident İlham Əliyev Vətən Müharibəsi zamanı döyüş meydanında məğlub olan Ermənistanın Azərbaycanda mülki obyektləri atəşə tutduğunu, yüzlərlə yaşayış evini tamamilə dağıtdığını, yüzə yaxın dinc insanın həlak olduğunu yada saldı. Ermənilər Azərbaycanın elektrik potensialının əsas mərkəzini sıradan çıxarmaq istəyərək Mingəçevir Elektrik Stansiyasını da uzaqmənzilli raketlərlə atəşə tutulduğunu bildirdi. Ancaq onların bu məkrinin qarşısı alındı. Cənab Prezident İlham Əliyev yeni energetika sahəsində başlayan dövrü Azərbaycanın, eyni zamanda bütün Qafqazın elektroenergetika mərkəzi kimi qiymətləndirdi. Öklə Başçısı bildirdi ki, təxminən 1300 meqavat gücündə olan stansiya potensialı artıraraq Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaqdır. “Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır”.
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri