Bəziləri də deyirlər ki, parik taxmış hamilə qadın geyimində olub
Həmişə kadr dəyişikliyi olanda gözü Kremlin ağzında qalan ermənilər oradan “dobro” almayanların aqibətinin pis olacağını yaxşı bilirlər. Xankəndidə Rusiyanın razılığı ilə yuva salmış iki terrorçubaşının bu günlərdə öz talelərini aydınlaşdırmaq üçün Moskvaya getmələri buna kiçik bir sübutdur. Məsələ orasındadır ki, hər ikisi Moskvadan “dobro” almış bu adamlar xeyli müddətdir ki, itlə-pişik kimi davranır, bir-birinin ayağının altını qazırlar. Söhbət Xankəndinin “prezidenti” Araik Arutyunyandan və “dövlət naziri” Ruben Vardanyandan gedir. Onların münaqişəsi o yerə çatıb ki, bir-birindən Moskvaya şikayətə gediblər.
Vardanyandan daha cəld tərpənən Araik iki həftə əvvəl Moskvada olub və bir neçə gün əvvəl oradan gülə-gülə qayıdıb. Belə çıxıb ki, o, Rubenin “vəzifəsindən” qovulmasına razılıq alıb. Ona deyiblər ki, “onu biz təyin etməmişik”, taleyi öz əlindədir. Bu, səmimi olmasa da hiss olunur ki, artıq bədbəxt Rubenin torbası tikilib, qalır onun ora salınması. Amma hələlik rəsmi qovulma kağızı yazılmayıb.
Vəziyyəti belə görən Vardanyan bir neçə gün əvvəl müəmmalı surətdə başılovlu özünü Moskvaya yetirib. Xankəndidəki qondarma rejimin avantürist və oğru “dövlət naziri” Ruben Vardanyanın Moskvaya varid olması barədə erməni mətbuatına məlumatlar sızıb. Qeyd olunur ki, Vardanyan Moskvaya heç də "alnıaçıq" getməyib. O, sadəcə olaraq Rusiyaya qaçıb. Əldə olunan məlumata görə, o, Rusiyanın sülhməramlı kontingentinin yük maşınlarından birinin kuzovunda və camaşırxanaya təhvil verilməli olan çirkli tuman-köynəklərin, şalvar və gimnastyorkaların altında gizli şəkildə Ermənistana aparılıb və oradan təyyarə ilə Moskvaya uçub. Bir varianta görə isə çəkisi 92 kiloqram olan Ruben sülhməramlı hərbçilərdən birinin hamilə qadını qiyafəsində, parik qoyub maskalanmış şəkildə keçib. Yada salaq ki, babası qulağıkəsik Andronik Ozanyan da Sultan bəyin qoşunlarının mühasirəsindən arvad paltarı geyinərək qaçıb canını qurtarmışdı. General Andronik bilirdi ki, türklər qadınlara toxunmurlar, onları yoxlamırlar, lap düşmən olsa da. Görünür, dərisindən qorxan bu piyli donuz Ruben babasının hiyləsini unutmayıb və xeyirini də görüb. Başqa bir xəbərdə isə bildirilir ki, “dövlət naziri” Ruben Vardanyan sülhməramlı geyimi ilə aradan çıxıb, yəni, çaqqal tülkü qiyafəsində qaçıb.
Ermənistan mətbuatında yayılan xəbərlərə görə, Vardanyan Moskvada əli çatan, ona “üz verilən” hər yerə burnunu soxub . Ancaq hər yerdə ona xoş sifət göstərilməyib. Buna görə də geri qayıda bilmir və ağalarının qapılarında sülənməyini davam etdirir.
Beləliklə, “Vardanyan layihəsi”nin tam uğursuzluğa düçar olduğunu söyləmək mümkündür. Erməni saytlarının yazdıqlarına görə bu, ilk növbədə Azərbaycan xalqının və şəxsən Müzəffər Ali Baş Komandanın dəmir iradəsi sayəsində başa gəlib. Əgər Ruben Vardanyan başqa bəhanə ilə Qarabağa qayıtmaq qərarına gəlsə -ancaq bu, çox, çox az ehtimal olunur- bu, Bakı tərəfindən ordumuzun ildırım sürəti ilə aparacağı hərbi əməliyyat üçün əsas olacaq. Digər tərəfdən də qayıtsa belə, terrorçuların əl-qolunu bağlamış ekofəalların nəzarəti altında heç bir iş görə bilməyəcək. Laçın yolundakı vəziyyət davam etdikcə terrorçular özlərini itirir, nə edəcəklərini bilmirlər. Onların fəaliyyətsizliyini və qorxaqlığını gördükcə sadə ermənilər anlayacaqlar ki, ciblərini doldurmağa gəlmiş bir qrup soyğunçu dəstə heç də onların mənafelərini qorumaq deyil, öz milyonlarını artırmaq barədə düşünürlər. Ekofəalların təzyiqi ilə qızıl və molibden mədənlərində qanunsuz istismarın dayandırılması və dünya ictimaiyyətinin ekoloqların tələblərini müdafiə etməsi sadə ermənilərə bir çox mətləbləri anlatdı.
Bir sözlə, “kabab iyinə” gəlmiş Vardanyanın arzuları yarımçıq qırıldı. Məlumdur ki, Vardanyan Qarabağa “desant” kimi ona görə atılıb ki, azərbaycanlılarla ermənilərin sülhə gəlməsinə mane olsun, çünki bu, onun Moskvadakı ağalarının sifarişidir. Sifarişin arxasında isə ağanın korporativ maraqları durur. Belə məlum olur ki, Vardanyan tapşırığı yerinə yetirməyi bacarmır, plan pozulur. Yarıtmaz işinə görə şübhəsiz ki, ağaları "delosuna" yazılmaqla axırıncı xəbərdarlıq olunub.
İrəvanda və Xankəndidə heç kəsin arzulamadığı bu adam indi heç kimə və heç nəyə yaramayan bir sərgərdan sifətindədir. Bunları nəzərə alan bir çox ermənilər düşünürlər ki, əgər Rubenin ağlı başında olsa Moskvadan geriyə qayıtmaz.
Vəli İlyasov, “İki sahil”