09 fevral 2023 16:06
879

Yaşıl enerji Azərbaycan-Rumıniya münasibətlərinin dərinləşməsində mühüm rol oynayacaq

2023- cü il fevralın 2-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev  və Rumıniya Prezidenti Klaus Yohannisin görüşü olmuşdu. Görüş zamanı müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Hər iki ölkə uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirir, xüsusilə qarşılıqlı səfərlər vasitəsilə davam etdirilir. İstər sosial- iqtsadi sahələrdə, istərsə də energetika sahəsində əldə olan nəticələr müsbətdir .Ticarət dövriyyəsi iki dəfə artmış və daha yüksək nəticələr üçün fəal işlər görülməkdədir. Ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Energetika sahəsində də iki dövlət arasında qarşılıqlı əməkdaşlıq davam etdirirlir. Uzun müddətdir ki, Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70- dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu vardır. Eyni zamanda təbii qazın Rumıniyaya çatdrlımasına dair  Azərbaycan-Rumıniya sazişi imzalanmışdı.Sazişə əsasən Rumıniya vasitəsilə Azərbaycanın qazı Avropa ölkələrinə nəql ediləcəkdi. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi ilə Azərbaycan Avropa ittifaqı ilə enerji tərəfdaşına çevrilmişdi.

Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının açılışı olmuşdur. Həmin mərasimdə Rumıniya Prezidenti də iştirak etmişdi. Müşavirə çərçivəsində nazirlərin iclasında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin çıxışında Rumıniya ilə enerji təhlükəsizliyi məsələləri müzakirə edilmişdi. Strateji tərəfdaş olan ölkələrimiz arasında bu istiqamətdə gələcəkdə atılacaq addımların vacibliyi  ölkə rəhbəri tərəfindən diqqətə çatdırılmışdı. Xüsusilə də Rumıniya ilə yaşıl enerji üzrə layihənin gündəmdə olması Azərbaycan- Rumniya münasibətlərinin dərinləşməsinə dəlalət edir. Yaşıl enerji layihəsi böyük sərmayə tələb edən layihədir.  Daha sonra ölkə rəhbəri nəqliyyat sahəsində də prioritetin təşkili məsələlərinə toxunmuş, Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanların oldugunu bir daha diqqətə çatdırmışdı. Ümumiyyətlə, həm qaz, həm  yaşıl enerji dəhlizləri, həm də nəqliyyat sahəsində çox mühüm nəticələrin əldə edilməsini indidən proqnozlaşdırmaq mümkündür. 

Pərvinə Qədimova
YAP Xətai rayon təşkilatının "Süleyman Vəzirov 142" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini