11 dekabr 1991 ci ildə Rumıniya Azərbaycanın müstəqilliyini tanıyıb. 1992 ci il iyunun 19 da iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur.3 noyabr 1998 ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 19 may 2001 ci ildə Azərbaycanın Rumıniyada səfirliyi açılıb. 2 iyul 1995 ci ildə Ulu Öndər Heydər Əliyev Rumıniyaya rəsmi səfər etmişdir. 11-12 oktyabr 2004 cü ildə Prezident İlham Əliyev Rumıniyaya rəsmi səfər etmişdi. Prezident İlham Əliyev və Rumıniya Prezidenti İ. İliesku Buxarestdə 8 may parkında Heydər Əliyevin büstünün təntənəli açılış mərasimində iştirak etmişdir. Səfər zamanı iki ölkə arsında 11 sənəd imzalanmışdır. Azərbaycan Prezidenti ilə Rumıniya arasında iki tərəfli əlaqələrin perspektivləri,regional əməkdaşlıq beynəlxalq məsələlər ətrafında müzakirələr aparılmışdır.
Rumıniya keçmiş münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı bir rəsmi görüşə ev sahibliyi etmişdir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Humanitar sahədə əməkdaşlıq üzrə 10 may 2000 ci ildə Bakıda Rumıniya – Azərbaycan Mədəni Əlaqələr Birliyi və Konstansada Füzuli adına Azərbaycan-Rumıniya Mədəniyyət Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası və Rumıniya arasında strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə 29 sentyabr 2009 cu ildə Buxarest şəhərində imzalanmış Bəyannaməyə istinadən 2011 ci il sentyabrın 30 da birgə dəyərlərə və ümumi maraqlara əsaslanan ikitərəfli əlaqələrin və birgə fəaliyyət planı qəbul edilmişdir.Bu münasibətlərin davamı olaraq 2023 cü ilin fevralın 2 də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin geniş tərkibdə göruşu olub. Bir daha qeyd olunmuşdurki, iki ölkə arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər .Ticari-İqtisadi sahələrdə müsbət nəticələr var. Rumıniya və Azərbaycan ikitərəfli ticarət münasibətlərinin inkişafı üçün böyük potensiala malikdir. Hər iki dövlət yeni biznes imkanlarından istifadə etməsinə kömək göstərməlidir. Rumıniya indi çoxşaxəli istehsal və sənaye bazasına malikdir və geniş spektrdə rəqabətqabiliyyətli məhsul xidmətlər təklif edə bilər. Ölkələr arasında ticarət dövriyyasi iki dəfədən çox artsa da, Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftdir. Azərbaycan İqtisadiyyatı şaxələnir və uzun müddətli perspektivdə ölkənin qeyri-neft ixracı artacaq. Bu isə Rumıniya kimi yeni bazar axtarışları üçün yaxşı səbəbdir. Prezident İlham Əliyev qeyd etdi ki, hökümətlərarası komissiya bu sahədə müsbətə doğru işlər görəcək. Uzun illər ərzində SOCAR Rumıniyada fəaliyyət göstərir,70 dən cox yanacaqdoldurma stansiyasi və bir neçə yanacaq deposu var. SOCAR-ın Rumıniyada fəaliyyəti xidmətlərin keyfiyyət standartı istehlakçılar tərəfindən yüksək qiymətləndirilib. Həm də təbii qazın Rumıniyaya çatdırılmasına dair saziş imzalanmışdır və Rumıniya imkankarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.
Təbii qazın nəqli məsələsində tərafdaşlıq əməkdaşlığımızda mühüm mərhələdir. Birgə iqtisadi komissiya ötən il görüşüb və bu il görüşəcək. Xüsusilə enerji gündəliyimiz ilə bağlı əməkdaşlıq üşün geniş perspektivləri nəzərə alaraq komisiyanın işini intensivləşdirilir. Hər iki dövlət tərəfdaşlığı daha da gücləndirmək əzmindədirlər. Azərbaycan qazı Avropaya çatacaq və bununla paralel olaraq Rumıniya imkanlardan istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql edəcəkdir.Bir il bundan əvvəl Cənub qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra etdik və Avropa ittifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik. 2022-ci il 18 iyulda Bakıda Avropa ittifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə strateji Tərəfdaşlıq Memorandumu bunu bir daha göstərir. Azərbaycan öz qaz ixracatını sürətlə artırır ilk növbədə Avropa məkanına. Fevralın 3-ü Azərbaycanda Cənub qaz dəhlizinin Məşvərət Şurasının açılış mərasimi oldu. Prezident Yohannis də iştirak etdi.
Azərbaycan- Rumıniya əməkdaşlığının bir sahəsi də “yaşıl enerji” ilə bağlıdır. Prezident İlham Əliyev Buxarestdə olarkən əsas tədbirləti “yaşıl enerji” ilə bağlı olub. Bu çox strateji bir layihədir böyük sərmayə tələb edir, bir neçə ölkəni, iki dənizi birləşdirir. Ekoloji cəhətdən təmiz enerji mənbəyi sayılır. TAP və TANAP boru kəmərlərinin gücünü artirmaqla yaşıl enerji ixrac etmək olar. Daşkəsən, Abşeron, Qazax-Gəncə, Qarabağın çox yüksək səviyyədə yaşıl enerji potensialı var.
Rumıniya-Azərbaycan əməkdaşlığı - humanitar, mədəni, iqtisadi, idman və.s sahələrdə uğurla davam etdiriləcək. Qardaşdaşlaşmış şəhərlər- Sumqayıt və Piteşti arasında sıx əlaqələr inkişaf etməkdədir.
Mərkəzi Avropada yerləşən demokratik bir dövlət olan Rumıniya ilə Azərbaycanın çoxşaxəli ikitərəfli münasibətlər,bir birinin suverenliyini, müstəqilliyini tanıyaraq inkişaf edir və perspektivdə daha böyük səviyyəyə çatacaq.
Miladə Qazıbəyova,
YAP Xətai rayon təşkilatının "Marad Əmirxan 2" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü