Azərbaycan müstəqillik qazanan illərdən Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi diqqət yetirir. 2009-ci ildən başlayaraq tərəflər arasında iki və çoxtərəfli formatda əməkdaşlıqlar qurulmuşdur. 2022-ci ilin 18 iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Nəticədə Azərbaycan Avropa ölkələri üçün vacib enerji təchizatçısına çevrilmişdir.
3 fevral 2023 tarixdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasında 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirilmişdir. Belə böyük tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin siyasi arenada nüfuzundan xəbər verir. Prezident İlham Əliyev tədbirdə çıxış edərək bildirib ki, 2027-ci ilədək Avropaya qaz ixracatı iki dəfəyədək artırılacaq.
Avropa Komissiyası ilə Anlaşma Memorandumu tərəfimizdən uğurla icra edilir və biz ixracatı artırmaqla yanaşı onun coğrafiyasını da genişləndirilməsində maraqlıyıq. Çünki layihədə iştirak edən digər dövlətlər artıq həmin anlaşmanın bəhrəsini görüb və görməkdə davam edəcəklər.
Dövlət olaraq xarici ölkələrlə siyasi, iqtisadi və digər sahələrdə uğurlu əlaqələrin qurulmasında maraqlıyıq. Xarici dövlətlər də bizlə əməkdaşlığa üstünlük verməyə davam edirlər, çünki vədlərimizin üzərində durur və bütün punktlarına əməl edirik. Bu səbəbdən həmin dövlətlər Azərbaycanla bütün sahələrdə əməkdaşlığa can atırlar.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti Azərbaycanı inkişafa doğru aparır. Onun siyasəti nəticəsidir ki, Azərbaycan regionun ən güclü beynəlxalq nüfuzlu ölkəsinə çevrilib.
Hazırda bölgənin həm nefq-qaz ixracatçısı, həm də qabaqcıl dövlət olaraq qərb ölkələri üçün strateji əməkdaş mövqeyindəyik. Beləliklə Azərbaycan istər siyasi, istər iqtisadi və strateji əlaqələr üzrə böyük söz sahibi olan ölkədir.
Həqiqət Həmzəyeva,
YAP Xətai rayon təşkilatının "Y.Səfərov 21" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü