09 fevral 2023 12:04
474

Cənub Qaz Dəhlizi layihəsinin uğurlu olmasının mühüm amillərindən biri qarşılıqlı etimaddır

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, digər kəşfiyyat və hasilat layihələri, Cənub Qaz Dəhlizi, - mən, həmçinin Bakı-Tbilisi-Qars kimi nəqliyyat layihəsini də buraya əlavə edərdim, - onların hər biri strateji əhəmiyyətə malikdir. Onların hər biri ölkəmiz və xalqımız, bu layihədə iştirak edən bütün ölkələr üçün dayanıqlı, uğurlu və əminəm ki, çiçəklənən inkişafı təmin edəcəkdir.

Azərbaycanın  təbii qazının  Avropaya daha böyük həcmdə çıxarılması üçün  2013 cü ilin dekabrında bir sıra  Avropa dövlətlərinin nümayəndələrinin itirakı ilə müqavilə imzalandı. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “  XXI əsrin müqaviləsi” adlandırdıqı bu sənəd  TANAP,  TAP borukəmərlərinin tikintisini reallığa çevirdi.  Eyni  zamanda  Xəzər dənizindən İtaliyaya doğru, Avropanın  enerji təhlükəsizliyi üçün  böyük əhəmiyyətə malik olan yeni  “Cənub”  qaz dəhlizinin yaradılmasına imkan  yaratdı.

Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. 2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə  qaz hasil edilir.    2018-ci il iyulun  sonunda  “Şahdəniz  Bravo”platformasından    ilk  qaz əldə edildiyi vaxtda hasilt tədricən  artmaqda davam edir.  Kapital xərcləri 4,5 milyard avro olan TAP layihəsinin  Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.Nəhəng infrastruktur layihəsi olan, bir neçə ölkəni birləşdirən Cənub Qaz Dəhlizi 2020 ci ildə tam istismara verildi. Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı . Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişlənməsini nəzərdən keçiririk. Və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsini danışırıq. Bu , alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir . Prezident həmçinin qeyd etdi ki, biz enerji təchizatının davamlı şaxələndirilməsinə hazırıq. Ona görə , əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir, bizim heyətimiz daha da böyüyür , zalda daha çox bayraqlarımz və hörmətli qonaqlarımız var. Prezident bildirdi ki, biz Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırırıq və bu mümkündür. Çünki, bizim resurslarımız, qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadınızı mövcuddur. Cənub Qaz Dəhlizi layihəsinin uğurlu həyata keçirilməsinin mühüm amillərindən biri, yüksək səviyyədə qarşılıqlı etimaddır və mən bunu qarşılıqlı həmrəylik adlandırıram .Məhz bu halda , əgər kiminsə nəyə isə ehtiyacı olanda biz dərhal dəstək verməyə çalışırıq .  Prezident qeyd etdi ki, digər mühüm bir hadisə isə Yunanıstanla Bolqarıstan arasında interkonnektorun açılması idi. Bu , Cənub Qaz Dəhlizi layihəsi və müəyyən dərəcədə onun şaxələndirilməsi sayəsində oldu və nəticədə bizim üçün təbii qazımızın artıq Bolqarıstana təchizini başlamaq imkanını yaratdı. Həmçinin biz bu genişləndirmə və interkonnektorlar vasitəsi ilə qonşu ölkələrdə dəhlizin genişləndirilməsini nəzərdə tuturuq . Prezident bildirdi ki, dekabr ayı enerji təhlükəsizliyi üçün çox vacib ay oldu. Birincisi, biz Azərbaycan və Ruminiya qaz təchizatı haqqında saziş imzaladıq və qaz təchizatı bu yaxınlarda başlayacaq. Biz həmçinin Yaşıl Enerji İstehsalı və Nəqli sahəsində Sazişi Azərbaycan, Gürcüstan, Macarıstan və Ruminiya arasında imzaladıq. Əgər bu il haqqında danışsaq , yanvar ayında biz Azərbaycan ilə Macarıstan arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumunu imzaladıq .

Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumunun sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi üçün əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə başladıq. Hazırda yeni yataqlardan bu il gözlədiyimiz hasilata, eləcə də mövcud "Şahdəniz" yatağındahasilatın artırılmasına əlavə olaraq, biz ölkə daxilində enerji səmərəliliyi üzərində işləyirik. Təbii qaz ixracı - 2021 -ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Biz bu il onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu o deməkdir ki, Avropa Komissiyasl ilə Anlaşma Memorandumu uğurla icra olunur. Əminəmki, layihəyə qoşulmuş ölkələr bu gün bunun faydasını artıq görür və görəcəklər. Təbii qaz ehtiyatlarına gəldikdə , mən artıq dəfələrlə bildirmişəm ki, təbii qaz ehtiyatları bizə və tərəfdaşlarımıza ən azı 100 il üçün bəs edəcəkdir. Əlbəttə biz gələcəyə doğru baxırıq və bu gün yaşıl enerji ilə bağlı Məşvərət Şurasının ilk iclası da olacaq. Bu gün Məşvərət Şurasının ilk iclasında , sözsüz ki, konseptual məsələlər həllini tapmalıdır. Buna görə də biz planlarımızı düzgün qurmalı və kimlərin potensial investor ola biləcıyini bilməliyik. Əlbəttə ki, biz beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlığımızı davam etdirəcəyimizə ümid edirik. Sonda prezident İlham Əliyev xüsusi olaraq qeyd etdiki , əminəm ki, Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaq. Bunun üçün işimizi komanda şəklində davam etdirməli, bir-birimizi davamlı surətdə dəstəkləməliyik.

Vüqar Ələkbərov,
YAP Xətai rayon təşkilatının "Vunq Tau" ünvanı üzrə ərazi partiya təşkilatınım üzvü