Bakı 2015-ci ildən etibarən keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti -9-cu toplantısına ev sahibliyi etdi. Bu format görülmüş işlərə nəzər salmaq və yeni perspektivləri qiymətləndirmək baxımından olduqca əhəmiyyətli platformadır. Son iki il ərzində bu istiqamətdəki işlər Şərq Tərəfdaşlığı ölkələrinin enerji bazarlarındakı islahatların və dayanıqlı enerji siyasətinin formalaşdırılmasının dəstəyinə yönəlmiş EU4Energy proqramı çərçivəsində aparılır.
Dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində bir nömrəli prioritetdir. Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Biz, həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən etmişik. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır.Qazın paylanması ilə də əlaqədar yaxşı uğurlarımız var. Ölkəmiz yaşıl enerji ilə bağlı dünyanın aparıcı dövlətləri ilə saziş imzalamışdır. Bu prosesdə iştirak edən şirkətlər, xüsusilə SOCAR və BP bir-birilə strateji əlaqələr qurmuş iki aparıcı şirkətdir. Bu əlaqələr ən azı 30 il də davam edəcəkdir. Bu gün aramızda nümayəndələrinin iştirak etdiyi aparıcı maliyyə qurumları da vardır. Bunlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyasıdır.Dövlətimiz təbii qaz və bərpaolunan enerji imkanları arasında səmərəliliyi artırmaq məqsədi ilə qarşılıqlı əlaqə yaratmış və əlbətdə bunu siyasi iradəmiz, uğurlu fəaliyyətimiz nəticəsində həyata keçirməkdədir. Bizim müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısı uğurlu olmuşdur.
Azərbaycan bərpa olunan enerji mənbələrindən istifadənin inkişaf etdirilməsi üzrə də geniş potensiala malik olan ölkələrdəndir. Hazırda bərpa olunan enerji mənbələri üzrə potensialımız 27 000 MVt həcmində qiymətləndirilir. Külək enerjisi potensialı 3 000 MVt, günəş enerjisi potensialı 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çayları üzrə potensial isə 520 MVt həcmindədir.Regiondakı digər mühüm enerji obyektləri “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarıdır. Qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının inşasının 2-2,5 il ərzində yekunlaşdırılması nəzərdə tutulur. Hazırda işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası” Konsepsiyası və Baş Planının hazırlanması məqsədilə Yaponiyanın bu sahədə ixtisaslaşmış TEPSCO şirkəti ilə müqavilə imzalanıb və bu istiqamətdə işlər həyata keçirilir. Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə işlər görülür. İtkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində işlər aparılır. Son geosiyasi hadisələr göstərdi ki, enerji təchizatı məsələsi həqiqətən də dövlətlər üçün milli təhlükəsizliyin mühüm komponentlərindən biridir. Yəni, bütün aparıcı maliyyə qurumları bizimlədir.
Aybəniz Şahmuradova,
YAP Xətai rayon təşkilatının "Vunq Tau" ünvanı üzrə ərazi partiya təşkilatınım üzvü