1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası uğurlu siyasət nəticəsində dünyada nüfuzlu dövlətət çevrilib. Ölkəmiz öz xarici siyasətində zor işlətməməmək, beynəlxalq birlik tərəfindən qəbul edilmiş dövlətlərin ərazi bütövlüyünə hörmət etmək,mübahisələri dinc yolla nizama salmaq,başqa dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini əsas götürmüşdü. Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də məhz Rumıniya olmuşdur. Həmin dövrdən etibarən Azərbaycan-Rumıniya münasibətləri daimi olaraq qarşılıqlı əməkdaşlıq və dostluq çərçivəsində inkişaf edir. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan-Rumıniya münasibətləri hələ orta əsrlər dövründə XV əsrdə başlayıb. 1473-cü ildə Ağqoyunlu hökmdarı Uzun Həsən və Moldav knyazı Böyük Stefan hərbi əməkdaşlıq haqqında müqavilə imzalamışdılar.Bu əlaqələr Səfəvi dövlətinin mövcudluğu dövründə də davam etdirilib.
1997-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi,2001-ci ildə isə Azərbaycan Respublikasının Ruminiyada səfərliyi açılıb.Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dünya ölkələrinə rəsmi səfərlər etmiş,dövlətlərarası münasibətləri nizama salmaq üçün danışıqlar aparmışdır.Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1995-ci ildə Ruminiyaya rəsmi səfəri olmuşdur.Ulu Öndərin Rumıniyaya səfəri zamanı Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyənnamə,həmçinin elm,təhsil,idman,mədəniyyət,eləcə də iqtisadi əməkdaşlıq haqqında sazişlər imzalanmışdır.
2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra edən İlham Əliyev Rumıniya ilə əlaqələrin davam etdirilməsinə xüsusi diqqət göstərib. Prezidentliyi dövründə İlham Əliyev Rumıniyaya çox saylı rəsmi səfərlər edib,bu səfərlər zamanı iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi,beynəlxalq layihələr çərçivəsində işlərin davam etdirilməsi istiqamətində danışıqlar aparılıb.
2 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin geniş tərkibdə görüşü olub.Görüşdə ölkə prezidentləri ölkələr arası münasibətlərin güclənməsindən,əlaqələrin strateji əhəmiyyətini vurğulayıblar.Görüşdə iki ölkə arasında həyata keçirilməsi nəzərdə tutulan işlər planlaşdırılıb,gələcək addımlar müzakirə edilib.
Günel Süleymanlı,
YAP Xətai rayon təşkilatının "Genelar Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatınım üzvü