08 fevral 2023 21:54
636

Azərbaycan etibarlı tərəfdaşdır

Rumıniya və Azərbaycan arasında əlaqələr strateji tərəfdaşlıq əsasında inkişaf edir

2023-cü ilin fevral ayının 2-si Prezident İlham Əliyevin Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanatla yadda qaldı. Onu qeyd etmək istəyirəm ki, iki ölkə arasında əlaqələr uzun illərə söykənir. Belə ki, 1991-ci ildə Rumıniya Azərbaycanın müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayından qurulmuşdur. 1998-ci ildə Rumıniyanın Azərbaycanda, 2001-ci ildə  Azərbaycanın Rumıniyada səfirlikləri fəaliyyətə başlamışdır. Cənab Prezidnet İlham Əliyev 2004-cü ildə  Rumıniyaya rəsmi səfər etmiş, Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında müzakirələr aparılmış, Buxarestdə 8 may parkında Ümummilli lider Heydər Əliyevin büstünün təntənəli açılış mərasimi olmuşdur. Səfər zamanı iki ölkə arasında 11 sənəd imzalanmışdır. Bütün bunlar onu göstərir ki, iki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədədir.

Dövlət başçısı deyib: “Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin geniş tərkibdə görüşü olub. Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir.

Energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl tarixçəsi vardır. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.

Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır. İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edilmişdir. Azərbaycan qaz ixracatını sürətlə artırır. Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisidir. Azərbaycanın Buxarestdəki əsas tədbiri yaşıl enerji ilə bağlı idi. Yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir.

Prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var.

Bu siyasət Azərbaycanın Avropada dayaqlarını möhkəmlətməklə yanaşı, bir sıra infrastruktur sahələrinin, enerji sektorunun, eləcə də kənd təsərrüfatının, avtomobil, aerokosmik, bio-sənaye və iqtisadiyyatın digər istiqamətlərinin inkişafı üçün zəmin yaradacaqdır.

Günay Dəmirova,
YAP Xətai rayon təşkilatının "Cavanşir 12" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü