Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı dövlətimizin gələcək planlarının uğurlu olması və Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropa birliyi ölkələri ilə əməkdaşlıq münasibətləri, enerji təhlükəsizliyi problemlərinin səmərəli şəkildə həll edilməsi üçün şərait yaradır. Son zamanlar Qərb ölkələri Azərbaycanı Avropa birliyində də enerji təhlükəsizliyinin əsas təminatçısı hesab edərək onunla strateji münasibətlərinin səviyyəsini qaldırdılar. Heçdə təsadüfü deyil ki, ötən il enerji təhlükəsizliyi ilə bağlı bir neçə vacib hadisə oldu. Bu da ölkəmizin avropanın enerji təhlükəsizliyi sahəsində ümumi öhdəliyimizi nümayiş etdirir. Ötən ilin iyulunda Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayen və ölkə başçımız Cənab İlham Əliyev tərəfindən imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandum gələcək planlar üçün aydın yol xəritəsi olmaqla Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmağın mümkünlüyün nəzərdə tutaraq, qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımızın mövcudluğun əks etdirir.
Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri, təbii ki, həll olunmalı texniki və bəzən, siyasi məsələlərdən başqa, yüksək səviyyədə qarşılıqlı etimaddır. Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açılmasına baxmayaraq, bu gün artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsi nəzərdən keçirilir və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışıqlar aparılır. Bu alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu və enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Ona görə, əvvəlki illərdə birgə səylərlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə başlanılıb. Hazırda yeni yataqlardan gözlənilən hasilata, eləcə də mövcud “Şahdəniz” yatağında hasilatın artırılmasına əlavə olaraq ölkə daxilində enerji səmərəliliyi üzərində işləyərək itkilərin azaldılması proqramı, o cümlədən elektrik enerjisinin və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı Azərbaycanda elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza ixrac məqsədilə daha çox qənaət olunmasına gətirib çıxarır. Belə ki, təbii qaz ixracı artma dinamikası nəzərə çarpacaq dərəcədədir. 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Biz bu il onun 24,5 milyard kubmetr olması gözlənilir. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir ki, layihəyə qoşulmuş ölkələr bu gün bunun faydasını artıq görürlər və görəcəklər.
Bu prosesdə iştirak edən şirkətlər, xüsusilə SOCAR və BP bir-birilə strateji əlaqələr qurmuş iki aparıcı şirkətin əlaqələri ən azı 30 il də davam edəcəkdir. Bu gün aparıcı maliyyə qurumları olan Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası səmərəli əməkdaşlığı bərpaolunan enerji sahəsində də davam etdirməsi, bu gün Azərbaycanda “Masdar” və “ACWA Power” kimi investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı iki ümumi həcmi 470 meqavat olan sərmayə layihəsini həyata keçirilməsinə yol açmaqdadır. Həmçinin bu yaxınlarda BP şirkəti ilə birlikdə bir layihənin icrasına başlanacaq. Bu, işğaldan azad olunmuş Cəbrayıl rayonunun ərazisində inşa ediləcək 240 meqavatlıq elektrik stansiyası olacaqdır. Yəni, cəmi 710 meqavat. Hər şey plan üzrə gedərsə, təxminən bir il və ya ilyarım ərzində bu həcmdə bərpaolunan enerji istehsal olunacaq ki, bu da yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan verəcəkdir.
Beləliklə Azərbaycan bir tərəfdən Avropa birliyində enerji təhlükəsizliyinin əsas təminatçısına çevrilən digər tərəfdən regionda bərpaolunan enerji istehsal edən bir dövlətə çevrilməklə iqtisadi siyasi gücünə güc qatmış olacaq.
Vilayət Mirzəyev,
YAP Xətai rayon təşkilatının "R.Əliyev küçəsi 19" ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini