Müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün ümumilli lider Heydər Əliyev gələcək iqtisadi inkişafın təməli olacaq uğurlu neft strategiyasını müəyyənləşdirdi. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin edib.
Azərbaycan ötən müddət ərzində təkcə təchizatçı deyil, həm də etibarlı tranzit ölkəyə çevrilib. Xəzərin şərq sahillərində yerləşən ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən nəql edirlər.
Azərbaycanın beynəlxalq bazarlarda iştirakının genişləndirilməsi ölkənin qüdrətini daha da artırır.
“Qarabağ” yatağı müstəqilliyimiz dövründə kəşf edilmiş ilk neft yatağı olaraq tarixə düşüb. Yatağın ilkin geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır. 2011-ci ildə Azərbyacan və Avropa komisiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə imzalanan Birgə Bəyannamə həmin layihənin icrasının başlanğıc mərhələsi olub. Cənub Qaz Dəhlizi ideyası Azərbyacnın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı, səhmdarı və ev sahibinə çevrilib.
2018-ci il mayın 29-da Səngəçal terminalında rəsmi açılışı keçirilən Cənub Qaz Dəhlizinin önəmli hissəsi olan TANAP enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.
2015-ci ildən başlayaraq hər il Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşləri keçirilir. Beləliklə Azərbaycanın zəngin qaz ehtiyatlarının Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla şaxələndirilmiş formada çatdırılmasına nail olunub. Azərbaycanın enerji sahəsində məqsədyönlü fəaliyyəti onu regional enerji mərkəzinə çevirir.
Azərbaycan müasirliyə, inkişafa, enerji təhlükəsizliyinə doğru atılıan addımların əsas təşəbbüscüsü və iştirakçısı olmaqla söz sahibliyini nümayiş etdirir.
Məhsəti Quliyeva,
YAP Xətai rayon təşkilatının fəalı