07 fevral 2023 23:25
485

«Xameneyi qatildir, hökuməti batildir!»

İrandakı soydaşlarımızın molla rejiminə qarşı etirazları davam edir

İslam pərdəsi altında gizlənən, əsilndə isə ən dəhşətli əməlləri ilə azərilərə qarşı amansız davranan, milli-mənəvi dəyərlərini yox edən, terror qruplarını, radikal qüvvələri maliyyələşdirən İranda etiraz aksiyaları daha da güclənir. Aylardan bəri «Diktatora ölüm!», «Xameneiyə ölüm!», «Xameneyi qatildir, hökuməti batildir!», «Uşaq qatili hökumətə ölüm!» şüarları ilə küçələrə axışan insanlar molla rejiminə etirazlarını kütləvi şəkildə bildirirlər. Yaşından asılı olmayaraq etirazçılara qarşı insanlıqdan kənar vəhşiliklər törədən cəllad Xomeyninin başkəsənləri uşaqlara qarşı belə amansız rəftar edirlər. Aksiya iştirakçılarını qorxutmaq üçün şəhərlərdə dar ağacları qurub günahsız etirazçıları edam edən molla rejiminin qaniçənliyindən cana doyan əhali daha da qəzəblənərək despotizmə etiraz olaraq hərbi hissələri, rejimə xidmət edən rəsmilərin evlərini yandırır, daşqalaq edirlər. Amma terror dövləti olduğunu əməlləri ilə sübut edən silahlı, qumbaralı mollalar qaniçənliklərindən əl çəkmirlər.

Ötən aylarda Şərqi Azərbaycan əyalətinin Təbriz şəhərində İran rejiminin təhlükəsizlik qüvvələri qadın fəal Vahidə Xanpuru Təbrizdə atasının evində həbs edən SEPAH-ın əməkdaşları guya müqəddəs bildikləri qadınlara qarşı da amansız rəftar edirlər. Rejimə qarşı səslərini qaldıranların edam olunmasına etiraz məqsədilə aksiya keçirənlər əllərini qan rənginə boyayaraq «Zalım hökumətə ölüm olsun! Bəsici və SEPAH, bizim İŞİD-imiz sizsiniz!» şuarları ilə şəhərlərdə nümayişlər keçirirlər.” Baş verən hadisələrdən də aydın olur ki, İran rejimi Azərbaycana və azərbaycanlılara qarşı daim aqressiv münasibətdə olub, hətta bu münasibətin tərkib hissəsi kimi qətllərin törədilməsinə də geniş şəkildə rəvac verib, yaxud da azərbaycanlıların məhvinə müxtəlif yollarla səylər göstərib.

Son günlərdə əhalisi əsasən soydaşlarımzdan ibarət olan Xoy şəhərində baş verən zəlzələ nəticəsində evləri dağılan, şaxtalı günlərdə zillət çəkən, ərzaqları belə olmayan, uşaqları soyuqdan tələf olan insanlara yardımların göstərilməsinə belə icazə verməyən İran rejimi müsəlmanlara qarşı maddi, mənəvi, fiziki soyqırımı törədir.

Adı müsəlman olsa da əslində ermənipərəst əməlləri ilə İslama zidd olduğunu Birinci və İkinci Qarabağ müharibələrində açıq-aşkar bildirən, guya regionda sabitliyin yaranmasını istədiyini bildirsə də bir dövlət kimi Ermənistanın yanında olan İran artıq terrora dəstək əməllərini gizlədə bilməz

«Xameneiyə ölüm, Xomeyniyə lənət!», «Diktatora ölüm!» şüarları ilə Cənubi Azərbaycanda molla rejiminə qarşı etiraz aksiyalarının güclənməsi” fars-üsul-idarəsinin terrorçubaşılarını daha da qəzəbləndirib. Azadlığı uğrunda mubarizəyə qalxan azərilər İranın Cavanrud, Kərəc, Məşhəd, Rəşt, Kərəc, Ərak, Kirmanşah, Kirman, Sənəndəc və bir sıra şəhərlərində etiraz aksiyalarını davam etdirirlər.

İrana aid müxtəlif informasiya vasitələrinin yaydığı məlumatalar görə «Biz «Əzab ongünlüyü»nün hökumət təbliğat pankartlarını cıracağıq və ya yandıracağıq!», “Əzab ongünlüyü”nün bütün simvolları üsyanın bütün şəhidlərinin xatirəsinə məhv ediləcək!» kimi şüarlar səsləndirən Sənəndəc etirazçılari ilə hökumət qüvvələri arasında qarşıdurma yaranıb. Tehranın Narmək rayonunda etirazçılar səhər saatlarında evlərinin eyvanlarından «Xameneiyə ölüm!» şüarı səsləndirməklə hökumətə qarşı etirazlarını bildiriblər. Ölkə paytaxtının müxtəlif məhəllələrində «Yoldaşlarımızın qanına and olsun, sonadək dayanacayıq!» kimi başqa anti-hökumət şüarları sələndirilib.

İran məktəblərində şagirdlər Xamenei və Xomeyninin şəkli olan bayraqları etiraz əlaməti olaraq yandırıblar. Ölkənin Əhvaz şəhərinin Çəmran universtetində tələbələr hökumətinə sözçüsünə boykot edərək «Sözçü, rədd ol, sözçü, rədd ol!» şüarları səsləndiriblər. İranda baş vermiş inqilabdan 10 gün əvvəl, fevralın 1-dən İranda «Fəcr ongünlüyü» («Əzab ongünlüyü») keçirilməsini başqa məqsədlər üçün istifadə edən Tehran rejimi baş verən hadisələri Qurani-Kərimin «Fəcr» surəsi ilə eyniləşdirməyə çalışsalar da artıq əmmaməlilərin qaniçənliklərini pərdələmək imkanları tükənib. Ermənilər üçün ölkədə hər cür şərait yaradan, məktəblər açan, erməni dilində dərsliklər hazırlayan fars rejiminin əsrlərdən bəridir ki, soydaşlarımızın Azərbaycan dilində danışmaq qadağasını hələ də saxlayır.

Azərbaycanın İrandakı səfirliyinə dövlət səviyyəsində hazırlanan və planlı şəkildə həyata keçirilən terror törədən bu ölkənin gizli təşkilatları soydaşlarımıza qarşı nifrətlərini artıq açıq-aşkar, silah gücü ilə bildirirlər. Azərbaycanın diplomatik korpusuna edilən hücumdan daha da hiddətlənən iranlı soydaşlarımız hökumətin silahlılarının qarşısından çəkilməyəcəklərini bildirirlər. Aksiyalarda Azərbaycanın diplomatik səfirliyinə edilən hücumun tam mahiyyəti açıqlamayana, İranın Azərbaycana qarşı mənfur siyasətinə son qoyulmayana qədər farsa rejiminə yumşaq münasibət göstərməyəcəklərini bildirən etirazçılar azadlıqları uğrunda mübarizələrini sonadək davam etdirəcəklərini bildirirlər. 

Xuraman İsmayılqızı, «iki sahil»