06 fevral 2023 13:14
462

Muslera zədələndi

"Qalatasaray"ın qapıçısı Fernando Muslera zədələnib.

“İki sahil” xəbər verir ki, uruqvaylı qolkiper Türkiyə Superliqasının 22-ci turunda "Trabzonspor"la oyunun (2:1) 85-ci dəqiqəsində sıradan çıxıb. O, oyuna davam edə bilməyib və əvəzlənib. Muslera meydanı xərəkdə tərk edib. Bu vaxt qapıçı göz yaşlarını saxlaya bilməyib.

"Qalatasaray"ın yaydığı məlumatda 36 yaşlı futbolçunun ayaq sümüyündən xəsarət aldığı qeyd olunub. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.