04 fevral 2023 17:56
448

Azərbaycan və Macarıstan arasında dostluq əlaqələri hər iki ölkənin marağına uyğundur

Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.

2023-cü il 30 yanvar tarixində Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı Budapeştdə mətbuata verdiyi bəyanatda qeyd edilir ki,  Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək. Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri ölkəmizin üçün mühüm əhəmiyyət danışıyır. Dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, Azərbaycandan Macarıstana yüklərin ötürülməsinə başlamışıq. Bu layihənin də böyük potensialı var. Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan ərazisindən keçən yüklərin həcmi kəskin artmışdır. Təkcə keçən il tranzit yüklərin həcmi 75 faiz artmışdır. Təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələr var. 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə (tələbə təqaüdləri) Macarıstanda oxuyurlar. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir. Minatəmizləmə sahəsi əməkdaşlığın vacib istiqamətidir. Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib, bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində    300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq əməkdaşlıq üçün yaxşı imkanlar görülür. Macar şirkətləri azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında da fəaliyyət göstərəcək.

Azərbaycanın ərazi bütövlüyünə münasibətdə Macarıstanın mövqeyi hər zaman dəyişməz olub. Bu dövlət ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyümüzü qətiyyətlə dəstəkləyib. Həmin dəstək Vətən müharibəsi dövründə də, indi də davam edir.

Müharibədən sonra macar şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qoşulmağa hazırlaşması iki ölkənin dostluq münasibətlərini və iqtisadi əməkdaşlığının inkişafını göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin yaxın illərdə ölkənin yaşıl enerji sektorunun xeyli genişləndiriləcəyi, 2027-ci ilədək ölkədə enerjinin 80% nin ixrac olunacağı barədə fikirlərini paylaşıb. “Şahdəniz” qaz yataqlarının sayəsində Azərbaycan mühüm qaz ixracatçılarından birinə çevrilmişdir. 2021-ci ildə Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa İttifaqı ölkələrinə 8,2 milyard kubmetr təbii qaz tədarük etmişdir. Qeyd edək ki, Azərbaycanı Avropa üçün cəlbedici edən bir amil də qiymətlərin münasib və etibarlı olmasıdır. Belə ki, 2027-ci ilədək Xəzər dənizindən Avropaya qaz tədarükünün ildə 20 milyard kubmetrə qədər artacağı gözlənilirMacarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən tərəfdaş ölkə kimi fəaliyyət göstərcək.

Ülkər Məmmədzadə,
6 saylı Bakı ASAN xidmət mərkəzinin baş mütəxəssisi