PSJ-nin futbolçusu Lionel Messi istirahətini başa vurub.
"İki sahil" "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu Paris təmsilçisi ilə məşqlərə qayıdıb.
Qeyd edək ki, Messi Fransa kubokunun 1/16 finalında yanvarın 23-ü keçirilən "Pes de Kassel"lə matçı buraxmışdı. Məşqçilər heyəti ona istirahət vermişdi. 35 yaşlı oyunçu həftəsonunu ailəsi ilə birlikdə Alp dağlarında keçirmişdi.