23 avqust 2026 15:53
111

Cüdoçularımız Türkiyədə uğurla çıxış edib

Yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandası Türkiyənin Ordu şəhərində keçirilən cüdo üzrə beynəlxalq turnirdə uğurla çıxış edib.

Yarışda dörd idmançı ilə təmsil olunan yığmamızın bütün üzvləri medal qazanıb. Qərib Atababayev (-55 kq), Raul Məlikzadə (-60 kq) və Nihad Məlikli (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar. Muhəmməd Səttarov (-60 kq) isə turniri bürünc medalla başa vurub.

Yeniyetmə oğlanlardan ibarət milli komandanın məşqçisi Orxan Səfərovun rəhbərliyi ilə yarışa qatılan yığmamız yekunda 3 qızıl və 1 bürünc olmaqla 4 medal qazanıb.