"Barselona"nın futbolçusu Rafinya Dias bu yay klubundan ayrıla bilər.
"İki sahil" "Diario Sport"a istinadla xəbər verir ki, komanda braziliyalı yarımmüdafiəçinin oyun səviyyəsindən narazıdır və onu satmaq barədə daha çox fikirləşir. Mövsümün sonuna kimi yaxşılaşmasa, Kataloniya təmsilçisi onunla yollarını ayıracaq.
26 yaşlı futbolçu ötən yay 58 milyon avroya komandaya qoşulmuşdu. Onun müqaviləsi 2027-ci ilin iyununa qədərdir. R.Dias bu mövsüm La Liqada 16 oyuna çıxıb, 2 qol vurub və 3 qolun ötürməsini verib.