26 yanvar 2023 17:04
404

Rusiya və Belarus Asiya Oyunlarına dəvət edilib

Rusiya və Belarus yığmaları Asiya Oyunlarında çıxış edə bilər.

“İki sahil” xəbər verir ki, Asiya Olimpiya Şurası bütün yarışlardan kənarlaşdırılan 2 ölkəni sentyabrın 23-dən oktyabrın 8-dək Çində keçiriləcək yarışda iştiraka dəvət edib.

Hələlik Rusiya və Belarusda Şuraya rəsmi cavab verilməyib.

Qeyd edək ki, 1951-ci ildən təşkil olunan və 4 ildən bir keçirilən Asiya Oyunlarında 23 yaşadək idmançılar mübarizə aparırlar.