26 yanvar 2023 13:14
769

Orta dəhliz ölkələri arasında anlaşma uğurlu inkişafa təminatdır

Bugünlərdə dünyanın nəzər-diqqətinin yönəldiyi Davos Dünya İqtisadi Forumu Azərbaycan Prezidentinin çıxışları, müsahibələri ilə yaddaşlara daha çox həkk olundu. Bu görüşlər bir daha Azərbaycan-Dünya İqtisadi Forumu əlaqələrinin daha da inkişaf edərək yeni mərhələyə qədəm qoyduğunu, Azərbaycan və Avropa İttifaqı əlaqələrinin müsbət əməkdaşlığa yönəldiyini bəyan etdi. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin müsahibələrində, çıxışlarındakı qətiyyəti, dərin məzmun və dolğun, inamlı nitqi tərəflərin məmnunluğuna səbəb oldu. Heç təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumunun aprel görüşləri Bakıya ünvanlanıb.Dünya liderləri əmindirlər ki, Bakıda baş tutacaq növbəti görüş xüsusi bir hadisə olaraq Cənubi Qafqaz və Orta Asiya regionlarında əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfəsini verərək, region ölkələri üçün faydalı olacaqdır.

Bu məqsədlərin aliliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında daha aydın şəkildə yer aldı. Moderatorun suallarını cavablandırarkən Orta Dəhlizin üstünlüklərindən danışıb və qeyd edib ki, “bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. Hesab edirəm ki, istənilən çox millətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır”. Elə buradaca qeyd etmək lazımdır ki, cənab Prezident qonşularla mehriban siyasətin önündə milli maraqlarında dayandığını xüsusi vurğulayıb. Çünki bu müstəqillik və islahatların həyata keçirilməsi xalqın müstəqilliyə sadiqliyi ilə ölçülür. Müsbət haldır ki, artıq Davos Dünya İqtisadi Forumunun illik qiymətləndirmələrində respublikamızın uğurları, nailiyyətləri öz əksini tapmışdı.

Prezident İlham Əliyev çıxışlarında ölkələrin inteqrasiyası və uğurlu inkişafında xarici əlaqələrin düzgün idarə edilməsinin də böyük əhəmiyyət daşıdığına diqqəti cəlb etmişdir. Yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müxbirin “Birkəmər, biryol” layihəsi ilə bağlı suallarını cavablandıraraq sürətlə dəyişən dünyada Azərbaycanın mövcud layihə ilə bağlı nailiyyətlərini, koordinasiya və əməkdaşlıqla bağlı düşüncələrini ifadə etmiş, strateji nöqteyi-nəzərdən irəliləyişləri əsaslandırmışdır: “Əvvəla, “Birkəmər, biryol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud  olmayan infrastruktura investisiya atırmağa başladıq. Beləliklə, bu illər ərzində, daha dəqiq desək son 10 il ərzində biz Xəzər dənizində ən böyük ticarət limanlarından birini, bəlkə də ən böyüyünü inşa etdik. Onun yük aşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. BizXəzərdəniziiləyükləridaşımaqüçüngəmiqayırmazavodunuinşaetdik.

Biz əsasən dəmiryolu infrastrukturuna investisiya yatırdıq və bunu təkcə Azərbaycanda yox, regionda da etdik. İndi isə biz bu dəmiryolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçü nəlavə sərmayə yatırırıq. Biz bütün digər layihələri - avtomagistrallar, havalimanları kimi layihələri də həyata keçirmişik. Beləliklə, açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi. Həmçinin “Birkəmər, biryol” təşəbbüsü müxtəlif marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanıf əallaşdırdı. İndi isə biz Şimal-Qərb marşrutu haqqında da danışırıq. Bu, uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Əlbəttəki, nəqliyyat layihələrinə necə münasibət göstərməsi ölkələrin strategiyasından asılıdır. Bizim üçün bu, iqtisadiyyatımızı şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığımızı azaltmaq üçün əsas amillərdən biri idi”.

Statistikaya görə yola saldığımız ötən ildə Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu göstərici də həmin frastruktor, həm də lazımi idarəetmə mühüm rol oynamışdır.  Görülmüş tədbirlər bizə yük daşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Prezident həmçinin qeyd etmişdir ki,  “...tarif siyasəti də mühüm məsələdir. Çünki burada bir çox ölkələrin səylərinin birləşdirilməsi lazımdır ki, bizim razılaşdırılmış tarif siyasətimiz mövcud olsun və heç bir ölkə süni şəkildə öz mənfəətini artırmağa çalışmasın. Biz müştərək faydanı görməyi öyrənməliyik. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar”. Prezidentin çıxışında Həmçinin Çinin artıq yeni bir dəmiryolu layihəsinin təşəbbüsü ilə çıxış etdiyi və hətta onu artıq başladığı məlumdur. Burada Çin-Qırğızıstan-Özbəkistan əsas iştirakçılardandır və bu layihədə Azərbaycana-Xəzər dənizinə istiqamətlənib. Bu, çox vacib əlavə təchizat marşrutudur və Orta Dəhlizin parlaq gələcəyindən xəbər verir.

Prezident Azərbaycanın layihələrdə iştirakı ilə bağlı əminlik göstərərək Azərbaycanın əlverişli coğrafi mövqeyini dəyərləndirmiş, bundan əlavə, müasir infrastrukturun yaradılmasına çoxlu investisiya yatırıldığını, ölkəmizin əlavə və çox kreativ əmək ehtiyatları olduğunu, əlbəttəki, bu sırada təbii ehtiyatlarla – neft və qazla zəngin olduğumuzu və bunun müqabilində də bizim üçün enerji təhlükəsizliyi yarandığını qeyd etmişdir. O demişdir ki,  “Ona görə də bizim qonşu ölkələr və çox sayda tərəfdaşlarımızla münasibətlərimiz qarşılıqlı maraqlara əsaslanır. Bundan əlavə, biz bu və ya digər beynəlxalq qurumda təmsilçiliyimizlə bağlı hər bir məsələyə praqmatik yanaşırıq. Bu, bizə nə verəcək? Əgər, bu, bizə daha çox iqtisadi stimul, biznes üçün daha çox imkanlar, daha çox sabitlik və daha çox təhlükəsizlik verəcəksə, əlbəttə ki, biz bunu nəzərə alırıq. Biz bir sıra beynəlxalq institutların üzvüyük. Onlardan biri Qoşulmama Hərəkatıdır”.

Çin müxbirinin müsahibəsində Dünya İqtisadi Forumunun mövzusu kimi yer alan “Parçalanmış dünyada əməkdaşlıq” mövzusuna da Azərbaycan Prezidentinin cavabı konstruktivlik baxımından qənaətləndirici idi. Belə ki, Azərbaycan Prezidentinə “Bu mövzunun seçilməsinin səbəbi ondan ibarətdir ki, əməkdaşlıq etmək çətindir. Bu mənada ölkənizin lideri olaraq və hazırd adünyanın çağırışlarına qarşı konstruktiv rol oynayarkən Siz əməkdaşlığın mənasını nədə görürsünüz? Əməkdaşlığı çətinləşdirən nədir?”-deyə müraciət edən müxbirin sualı İlham Əliyev tərəfindən belə cavablandırılmışdır: “Düşünürəm ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın, öz potensialının düzgün hesablanmaması, qarşınızdakının, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi. Bu, etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır. Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz. Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub”.

Cənab Prezident İlham Əliyevin müsahibələrində layihələrin idarəolunmasında bazarla bağlı bəzi məsələlər də yer almşıdı. Orta Dəhlizin yalnız sadəcə bir dəhliz, bir tunel olmadığı diqqətə çatdırılmış, böyük gözləntilərin olduğu vurğulanmışdır. Qeyd edilmişdir ki,  "bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Lakin bizim üçün bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Hesab edirik ki, nəqliyyat sahəsi bizə ixracımızı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Bununla yanaşı, Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq. Ümidvarıq ki, bu azad zona istehsal yeri və şirkətlərin investisiya yatırması üçün əlverişli yer olacaq”. Prezident bu layihənin uğurunda region dövlətlər arasında səmimi qarşılıqlı münasibətlərin olduğunu əminliklə diqqətə çatdırmışdır: Biznes mühitinin təkmilləşdirilməsi, sözsüz ki, uğurun əsas amillərindən biridir, çünki dünyanın bütün ölkələrinin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var. Burada təkcə biznes mühiti kifayət deyil. Biz əvvələ ölkələr arasındakı əlaqələrə qayıdırıq. Düşünürəm ki, bu, həqiqətən də unikal vəziyyətdir, zənnimcə qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir”. Prezident onu da qeyd etmişdir ki, layihələrin lazimi şəkildə həyata keçirilməsi üçün   bütün iştirakçı ölkələrin – Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, avropalı tərəfdaşların daxil olduğu rəhbər komitə, bir növ idarə heyəti, o cümlədən bütün nəqliyyat infrastrukturu yaradılmalıvə biznes mühiti tərəflərin mənafelərinə, Azərbaycanın hədəflərinə uyğun gələrək bərabər şəkildə Orta Dəhliz ölkələri arasında anlaşmanı reallaşdırmalıdır. Həmçinin Orta Dəhliz ölkələri uğurlu inkişafa təminat olaraq Qafqazınsülh, tərəqqi və sabitlik regionuna çevrilməsinə öz töhfəsini verəcəkdir.

Arzu Azadəliyeva,
Bakı şəhəri, Xətai rayonu 245 nömrəli tam orta məktəbin direktoru