"Əl-Nəsr"in dünyaca məşhur futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Kubokunun yarımfinalında "Əl-İttihad"la keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
“İki sahil” xəbər verir ki, 37 yaşlı hücumçu bu haqda öz sosial şəbəkə hesablarında paylaşıb. O yazıb: “Böyük oyunu səbirsizliklə gözləyirəm! İrəli, komanda!"
Ronaldonun komandası yarımfinalda qələbə qazanacağı təqdirdə finalda “Əl-Hilal" - "Əl-Feyha” cütünün qalibi ilə üz-üzə gələcək.
Xatırladaq ki, portuqaliyalı forvard “Əl-Nəsr”in heyətində debütünü ötən həftəsonu Səudiyyə Ərəbistanı çempionatının “Əl-İttifaq”la görüşündə etmişdi. Kriştiano matçda start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Ronaldo 2022-ci ilin sonunda "Əl Nəsr"ə keçib. O, daha əvvəl noyabr ayında “Mançester Yunayted”lə müqaviləsini ləğv etmişdi.