26 yanvar 2023 10:39
507

Mbappe ən yaxşı seçildi

Fransada 2022-ci ilin noyabr və dekabr ayları üçün  Liqa 1-in ən yaxşı futbolçusu müəyyənləşib. 

“İki sahil” xəbər verir ki, 24 yaşlı hücumçu Fransa Futbolçular Birliyinin saytında keçirilən səsvermədə qalib olub. Kilian noyabr və dekabr aylarında 3 matçda iştirak edib və 2 qol vurub.

Ümumilikdə isə o, bu mövsüm Liqa 1-də 17 oyunda 13 qol vurub, 2 qolun ötürməsini verib.

Qeyd edək ki, noyabrın 20-dən dekabrın 18-dək Qətərdə DÇ-2022 keçirilməsi səbəbindən yerli çempionatlarda fasilə yaranmış, bu səbəbdən də komandalar az oyun keçirmişdilər.