25 yanvar 2023 17:13
506

Millətlər Liqası: "Dördlər finalı"nın püşkü atıldı

Millətlər Liqasında "Dördlər finalı"nın püşkatma mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində keçirilib. Püşkatmada yarımfinal cütləri müəyyənləşib

Turnirin yarımfinalında İspaniya İtaliya ilə, Niderland isə Xorvatiya ilə qarşılaşacaq.

Qeyd edək ki, "Dördlər finalı" 14 - 18 iyunda Niderlandın Rotterdam və Ensxede şəhərlərində olacaq. İyunun 14-ü və 15-də yarımfinal matçları, 18-də isə final görüşü oynanılacaq.