25 yanvar 2023 16:52
444

Mbappe PSJ-nin vitse-kapitanı oldu

PSJ-nin futbolçusu Kilian Mbappe komandanın yeni vitse-kapitanı olub. 

"İki sahil" goal.com-a istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Kristof Qaltye bildirib. O, Mbappenin komandanın yeni vitse-kapitanı təyin edildiyini açıqlayıb. "Hətta mövsümün əvvəlində qərara gəldik ki, Kilian Mbappe ikinci kapitan olmalıdır. O, buna layiq idi".

Qeyd edək ki, PSJ-nin Fransa klubunun əsas kapitanı Markinyosdur. Mbappeyədək vitse-kapitan isə Presnel Kimpembe idi.