"Milan"ın futbolçusu Zlatan İbrahimoviç DÇ-2022-nin finalı haqda danışıb.
“İki sahil” xəbər verir ki, ötən ilin dekabrın ayının 18-də oynanılan finalda Argentina Fransaya qalib gəlib (3:3, penaltilər seriyası - 4:2). 41 yaşlı İbrahimoviç isə "RMC Sport"a açıqlamasında deyib: “Mən dedim ki, Argentina Dünya Kubokunu mütləq qazanacaq. Qətərdəki dünya çempionatını əbədi tarixə yazmaq üçün kim qalib olmalı idi? Messi tarixin ən yaxşı oyunçusu sayılır, onun qalib gələcəyinə əmin idim.
Gələcəkdə Mbappe bir dəfə də dünya çempionu olacaq. Mən Mbappe üçün narahat deyiləm, qalan argentinalı oyunçular üçün narahatam. Çünki Messi xatırlanacaq. Digərləriinə isə hörmət etmək olmaz. Bunu yüksək səviyyəli peşəkar oyunçu kimi deyirəm. Belə oyun, belə davranışlar bir dəfə qazanacağınıza, amma daha sonra bir daha qazana bilməyəcəyinizə işarədir. Sən bu cür qələbə qazana bilməzsən".