Davos İqtisadi Forumu (DİF) 1971-ci ildən başlayaraq hər il İsveçrənin Davos şəhərində keçirilir. 30 yanvar 1995-ci ildə Ümummilli Lider Heydər Əliyev bu mötəbər qurumun tribunasından ilk dəfə çıxış edib və beləliklə DİF və Azərbaycan dövləti arasında uzun müddətli iş birliyinin əsası qoyulub. Ümummilli Lider Heydər Əliyev forumda 1995,2000 və 2002-ci illərdə, Prezident İlham Əliyev isə ilk dəfə 2007-ci ildə iştirak etdikdən sonra hər il iştirak etmişdir. Bu göstəricicilər DİF və Azərbaycan arasında xüsusəndə son 15 ildə nə qədər sıx iş birliyinin yaranmasının bariz nümunəsidir.
Prezident İlham Əliyevin 2023-cü il 19 yanvar tarixində DİF-də son iştirakı zamanı forum çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı zamanı Azərbaycanın Logistik imkanları, coğrafi yerləşiminin verdiyi imkanlar, qonşu və layihədə iştirak edəcək digər ölkələrlə münasibətlər və bu dəhlizin açılması və inkişafı üçün ölkəmiz tərəfindən görülmüş və görüləcək işlər haqda geniş məlumat vermişdir.
Prezident İlham Əliyev öz çıxışında vurğuladığı kimi Sitat: “Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. Hesab edirəm ki, istənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir.” Azərbaycanın dünyada analoqu olmayan Türkiyə ilə qardaşlıq münasibətləri, Gürcüstan ilə etibarlı qonşuluq və qarşılıqlı fayda münasibətləri, Qazaxıstan,Türkmənistan və digər mərkəzi asiya ölkələri ilə tarixi köklərə malik yüksək etibarlılıq və inam üstündə qurulan münasibətlər bu dəhlizin inkişafına böyük töhfə verəcək amillərdəndir. Azərbaycan və digər layihə iştirakçıları olan ölkələr bu münasibətlərin inkişafinda böyük işlər görüblər. Prezident İlham Əliyevin forumda vurğuladığı kimi, bizim tərəfimizdən Gürcüstanın vasitəçiliyi ilə hətta Ermənistan hakimiyyətinə belə bu lahiyyədə iştirak etməsi üçün təklif olunmuşdur, lakin Ermənistan dövləti iqtisadi blokada qalmağı üstün tutaraq bu təklifə rədd cavabı vermişdir.
Azərbaycan Respublikası müstəqillik qazandığı gündən daim öz logistik imkanlarının artırılması üçün işlər görmüşdür. 14 may 2018-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin ən böyük limanı olan Bakı Limanının açılışı olmuşdur.13 körpüsü olan liman il ərzində 100,000TEU konteyner daxil olmaqla 15 milyon tona qədər yük qəbul edə bilir və Prezident İlham Əliyevin forumda qeyd etdiyi kimi bu rəqəmin 25 milyon tona qədər artılması üçün vəsait artıq ayrılmışdır. Bundan başqa dəhliz vasitəsi ilə yüklərin Xəzər dənizi vasitəsi ilə daşınmasında əsas rolu oynayacaq gəmilərə görədə Azərbaycanın nəqliyyat donanması tərkibində 53 gəmi ilə,o cümlədən 20 tanker, 13 gəmi-bərə, 15 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, 2 Ro-Pax tipli gəmi, eləcə də 1 texniki gəmi ilə Xəzər dənizində ən böyük nəqliyyat donanmasına malikdir. 30 oktyabr 2017-ci ildə istismara verilmiş Bakı-Tibilisi-Qars dəmiryolu layihəsi 3 milyona kimi sərnişin və 15 milyon tona kimi yük daşıma imkanına malikdir. 2006-ci ildən istismara verilən Bakı-Tibilisi-Ceyhan BTC boru kəməri gündəlik 1,2 milyon barrel istismar müddəti 40 ildir. 2010-cu ildən BTC boru kəməri vasitəsi ilə Türkmənistan neftinində nəqlinə başlanılmışdır.2023-cü ilin yanvar ayından BTC boru kəməri vasitəsi ilə Qazaxıstan neftinində nəqlinə başlanılmışdır.
Azərbaycan Respublikasının yerləşdiyi coğrafi mövqe və aparılan daxili və xarici siyasət onu tranzit ölkəsi kimi dünya iqtisadiyyatında yüksək mövqedə yerləşməsinə gətirib çıxarmışdır. Azərbaycan Avropa siyasi və iqtisadi arenasında etibarlı tərəfdaş kimi tanınır. Təsadüfi deyilki Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə 2022-ci ilin noyabr ayında Belqradda keçirilən mətbuat konfransında bildirmişdi ki: "Müvafiq şəffaf protokollar imzalanmışdı, amma onun sözü bizim üçün yetərli idi. Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir". Ölkənin və Prezidentinin dünya siyasi və iqtisadi aləmi tərəfindən bu cür müsbət qarşılanması aparalınan planlı və düzgün işlərin bəhrəsidir ki, digər ölkələr və iri təşkilatlar Azərbaycanla əmakdaşlıqdan çəkinmir, əksinə öz layihərinə dəvət edir və ona regionda zəruri əməkdaş kimi münasibət göstərirlər.
Dünya siyasi səhnəsində gedən prosseslər onu göstərir ki, bu günki gündə ixracatçı ölkə olmaq qədər tranzit ölkə olmaq da çox vacibdir. Tranzit ölkə olmaqla Azərbaycan indiyə kimi heç bir mal dövriyyəsi olmayan ölkələrlə - mal dövriyyəsinin yaranmasına və yaxud mal dövriyyəsi kiçik olan ölkələrlə dövriyyəni artırmağına köməklik göstərir. Tranzit ölkə olma Azərbaycanın siyasi arenadada yüksək mövqeyə qalxmasında böyük rol oynayır.
Prezident İlham Əliyevin 2023-cü il 19 yanvarında Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı zamanı dediklərindən aydın görünür ki, Azərbaycan indiyə kimi görülən tədbirlərlə kifayətlənmir, yeni layihələrin hazırlanmasında fəal iştirak edir, ölkənin iqtisadi infrastrukturunun yüksəldilməsi üçün əlavə sərmayə ayırır və gələcəkdədə bu yolda işlər görəcəyini bildirir və nəinki Asiyadan Avropaya həmdə əks istiqamətdə tranzit ölkə rolu oynamağa hazır olduğunu tam olaraq nümayiş edir.
Zabit Həsənov,
ASCO Xəzər Dəniz Neft Donanmasının "Zirə" gəmisində Kapitanın Baş köməkçisi