Bu il yanvar ayının 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak etmişdir. İclas çərçivəsində ölkəmizin başçısı ona ünvanlanmış müxtəlif sualları cavablandırmışdır.
Cənab Prezident İlham Əliyev Azərbaycanın Qərb qonşuları Gürcüstan və Türkiyə, Şərqdəki Mərkəzi Asiya ilə gözəl münasibətlərə malik olduğunu bildirdi. Coğrafi mövqeyə görə Qərb və Şərq arasında bağlantı yaratdığı üçün ölkənin illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırdığını qeyd etmişdir. Dəniz limanına, yükdaşıma sahəsinə də böyük vəsaitlər ayrılmışdır. Bu ildən etibarən neft təkcə Türkmənistandan yox, Qazaxıstandan da tranzit edilməyə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Mərkəzi Asiya, Qafqaz və Avropa arasında “vahid pəncərə” sistemini tətbiq edilməsində gömrük inzibatçılığı və tarif siyasəti üzərində fəallıq üçün daha da sıx əməkdaşlıq aparılmasının vacibliyini vurğuladı.
Prezident İlham Əliyev biznes mühitinin təkmilləşdirilməsi dünyanın bütün ölkələrinin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı olduğunu, qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələri göstərmişdir. Azərbaycan enerji layihələrindən başlayaraq istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balansı qorunub saxlamışdır. Prezident İlham Əliyev 2021-ci ildə Avropa bazarına təbii qaz ixracının təqribən 8 milyard kubmetrdən çox olduğunu, bu il ixracın ən azı 11,6 milyard kubmetr olacağını bildirmişdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağımız nəzərdə çatdırmışdır
Prezident İlham Əliyev sualları cavablandırarkən Ermənistanın beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan sülh sazişini imzalama təklifinə cavab vermədiyini təəssüflə bildirmişdir. “Komissar Han Ermənistanın burada iştirak etməməsinə eyham vurdu, dedi ki, burada iki Cənubi Qafqaz ölkəsi var, lakin onların sayı 3-dür. Mən onun kimi nəzərdə tutduğunu bilirəm. Ermənistanın burada olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstanın Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə ev sahibliyi etdiyini və gürcüstanlı həmkarların da görüşdə iştirakını yüksək qiymətləndirmişdir. “Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar”.
Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri