27-29 yanvarda Portuqaliyanın Almada şəhərində Qran Pri turniri keçiriləcək. Üç gün davam edəcək turnirdə dünyanın 83 ölkəsindən 580 idmançı iştirak edəcək.
“İki sahil” xəbər verir ki, mötəbər yarışda qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında Azərbaycan milli yığma komandası 16 cüdoçu ilə təmsil olunacaq.