24 yanvar 2023 08:18
427

APL: 29 günlük fasilə başa çatır

Misli Premyer Liqasında 29 günlük fasilə başa çatacaq.

“İki sahil” xəbər verir ki, bu gün XIX tura start veriləcək.

Qış fasiləsindən sonra 2023-cü ilin ilk rəsmi oyunu Gəncədə baş tutacaq. Autsayderlər zonasında qərarlaşan “Kəpəz” avrokuboklara vəsiqəni iddia edən “Qəbələ”ni qəbul edəcək. Sonuncu dəfə 2017-ci ilin sentyabrında rəqibinə məğlub olan “qırmızı-qaralar” 5 matçlıq məğlubiyyətsizlik seriyasını davam etdirməyə çalışacaq.

Gəncə şəhər stadionunda saat 14:00-da başlayacaq matçın baş hakimi Elçin Məsiyev olacaq. Hazırda “Qəbələ” 25 xalla turnir cədvəlinin 5-ci, “Kəpəz” isə 12 xalla 9-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, XIX turun digər oyunları yanvarın 25-də və 26-da keçiriləcək. Ayın 25-də “Qarabağ” “Turan Tovuz”un (14:00), “Sumqayıt” “Zirə”nin (16:30) qonağı olacaq, ertəsi gün “Şamaxı” “Səbail”i (14:00), “Sabah” isə “Neftçi”ni (19:00) qəbul edəcək.

24 yanvar (çərşənbə axşamı)

Misli Premyer Liqası, XIX tur

14:00. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Şirmamed Mamedov, Rövşən Rəcəbov
VAR: Rauf Allahverdiyev 
AVAR: Elşad Abdullayev

Gəncə şəhər stadionu

25 yanvar (çərşənbə)
 

14:00. “Turan Tovuz” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Zöhrab Abbasov, Namiq Bəkirov

Tovuz şəhər stadionu

16:30. “Zirə” – “Sumqayıt”
Hakimlər: Kamranbəy Rəhimov, Cavanşir Yusifov, Teymur Teymurov, Emin Əliyev

Zirə İdman Kompleksi stadionu

26 yanvar (cümə axşamı)
 

14:00.“Şamaxı” – “Səbail”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Rəhman İmami, İslam Məmmədov
Şamaxı şəhər stadionu
 

19:00. “Sabah” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rauf Allahverdiyev

Bank Respublika Arena