23 yanvar 2023 19:24
494

"Qarabağ” Antalyadan birbaşa reyslə Gəncəyə yola düşüb

Son Azərbaycan çempionu “Qarabağ” Antalyada təlim-məşq toplanışını başa vurub.

“İki sahil” xəbər verir ki,  Ağdam təmsilçisi Antalyadan birbaşa reyslə Gəncəyə yolda düşüb.

Buna səbəb komandanın 2 gün sonra Azərbaycan Premyer Liqasının 19-cu turunda Tovuzda “Turan Tovuz”la matçının olmasıdır.

Qeyd edək ki,  yanvarın 25-i keçiriləcək “Turan – Tovuz” – “Qarabağ” qarşılaması saat 14:00-da başlayacaq.