Səudiyyə Ərəbistanın "Ən-Nəsr" klubunun fan-şopunda Kriştianu Ronaldonun idman köynəklərinə böyük tələbat var.
“İki sahil” xəbər verir ki, məlum olub ki, komandanın rəsmi mağazasında gündə 400-ə yaxın belə idman formaları satılır. Hər formanın qiyməti isə təxminən 100 dollardır.
Bildirilir ki, yüksək tələbat səbəbindən mağazada yalnız həmin köynəklərin uşaq və XXXL ölçüləri qalıb.