23 yanvar 2023 17:55
449

Polşa millisinin yeni baş məşqçisi müəyyənləşdi

Futbol üzrə Polşa millisinin yeni baş məşqçisi bəlli olub.

“İki sahil” xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

O, Polşa Futbol İttifaqının (PZPN) Fernandu Santuşla anlaşdığını yazıb. 69 yaşlı baş məşqçi ilə 2026-cı ilin iyununadək müqavilə imzalanacaq.

Qeyd edək ki, Fernandu Santuşun son iş yeri Portuqaliya yığması olub. O, Qətərdəki dünya çempionatından sonra istefaya göndərilib. Santuş Polşa seçməsində Çeslav Mixneviçi əvəzləyəcək.