23 yanvar 2023 16:29
473

"Qarabağ"ın sabiq futbolçusu Ronaldonun komanda yoldaşı ola bilər

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

“İki sahil”  "Sky Sports"a istinadən xəbər verir ki, Kriştianu Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" 36 yaşlı qolkiper üçün "Everton"a təklif göndərib.

Premyer Liqa klubu oyunçusunu buraxmaq istəməyib. "Əl-Nəsr" yaxın günlərdə Bosniya və Herseqovinadan olan qapıçı ilə bağlı yenidən müraciət edəcək.

Qeyd edək ki, Asmir Beqoviç 2019-cu ildə icarə əsasında "Qarabağ"da çıxış edib.