Bidliyimiz kimi 1991-ci ilin dekabrın 27-də Çin Xalq Respublikası tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması və 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin münasibətlərinin müasir mərhələsi başlayıb. Çin 1992-ci ildə Bakıda, Azərbaycan isə 1993-cü ildə Pekində səfirlik açıb. Yüksək səviyyəli səfərlər 1994-cü ildə Azərbaycan prezidenti, Ulu öndərimiz Heydər Əliyevin ÇXR-ə rəsmi səfəri ilə başlayıb. Prezident,Partiyamızın Sədri cənab İlham Əliyev isə Çinə dəfələrlə səfərlər edib, orada təşkil olunan beynəlxaq səviyyəli tədbirlərdə iştirak etmək üçün bu ölkəyə gedib.
Qeyd edilən məsələlərə və ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olmasını məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində də görmək olar. Bizim beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığımız var. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik. Onlardan bəziləri müxtəlif sahələrdə artıq kifayət qədər fəaldır. Biz Orta Dəhlizlə bağlı Sədr Si Cinpinin təşəbbüslərini tam dəstəkləyirik. Azərbaycanda biz artıq öz ev tapşırığımızı yerinə yetirmişik. Biz nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini qurmuşuq. Həmçinin biz enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edirik. İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Beləliklə bizim həqiqətən də çoxşaxəli münasibətlərimiz var. Biz Çinlə əməkdaşlıq portfelimizə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək istəyirik. Çünki Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Beləliklə, biz bu səyləri birləşdirməliyik. Qeyd edilən məsələlər xüsusi əhəmiyyət kəsb edir və ölkələrimiz arasındakı münasibətlərin gələcəkdə daha da gücləndirilməsi üçün mühüm tədbirlərin həyata keçirilməsini zəruri edir. Çünki Azərbaycan və Çin beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkələr kimi tanınır.
Qüdrətli Azərbaycanın qətiyyətli və düzgün xarici siyasət kursu region səviyyəsində pozitiv geosiyasi dəyişiklikləri sürətlə stimullaşdırır. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq yalnız əməkdaşlıq və inteqrasiya istiqamətində fəaliyyət göstərir. Lakin ölkəmiz yeni beynəlxalq enerji layihələri, iqtisadi əməkdaşlıq proqramları və mədəniyyətlərarası dialoqa xidmət edən tədbirlər həyata keçirdikcə antimilli qüvvələrin, antiazərbaycançı şəbəkənin təxribatçılıq hərəkətləri də müşahidə olunur. Lakin bütün bu təhdidlərə baxmayaraq, Azərbaycanı öz yolundan döndərmək və nəyəsə vadar etmək mümkün deyil. Məhz bu amil müstəqilliyimizin üstünlüklərini və Prezident İlham Əliyevin həyata keçirdiyi güclü siyasətin bənzərsiz olduğunu göstərir.
Zülfiyyə Mahmudova
YAP Yevlax rayon təşkilatının əməkdaşı