23 yanvar 2023 13:07
520

AVF rəsmisi Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasından yeni ntəyinat alıb.

AVF-dən “İki sahil”ə verilən məlumata görə, o, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/4 final matçının supervayzeri təyin edilib.

Federasiya rəsmisi yanvarın 26-da Buxarestdə Rumıniyanın "Styaua" və Yunanıstanın "Olimpiakos" komandaları arasındakı qarşılaşmada hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, görüşün ədalət təmsilçiləri niderlandlı Mark Yan Vinstra və italiyalı Mitsele Brunelli olacaq.