"Barselona" La Liqada 18-ci tur oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, Kataloniya klubu "Xetafe"ni qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"Barselona" - "Xetafe" - 1:0
Qol: Pedri, 35
Bu nəticədən sonra xalını 44-ə yüksəldən (17 oyun) Xavinin baş məşqçisi olduğu komanda turnir cədvəlində 1-ci pillədə qərarlaşıb. "Real" 38 xalla (16 oyun) 2-ci, "Real Sosyedad" 38 xalla (18 oyun) 3-cüdür.