22 yanvar 2023 20:33
461

Haaland Aqueronun rekordunu qırdı

"Mançester Siti"nin futbolçusu Erlinq Haaland komandanın sabiq futbolçusu Serxio Aqueroya məxsus rekordu yeniləyib.

“İki sahil” xəbər verir ki, norveçli hücumçu buna hazırda Premyer Liqanın 21-ci turunda "Vulverhempton"la keçirilən oyunda nail olub.

Matçda het-trik edən forvard komandanın ev oyunlarını keçirdiyi "Etihad" stadionunda bu mövsüm vurduğu qollarının sayını (11 oyuna) 19-a çatdırıb. Aquero isə 2011-2012 mövsümündə ev oyunlarında 16 qol vurmuşdu. 

Qeyd edək ki, Haaland bu mövsüm Premyer Liqada ümumilikdə 19 oyuna 25 qol vurub.