22 yanvar 2023 19:40
520

“Zirə” onunla müqaviləni ləğv etdi

“Zirə” futbolçusu Nemanya Andrlkoviçlə yollarını ayırıb. 

“İki sahil” xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı serbiyalə müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub. "Zirə" PFK Nemanya Andelkoviçə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, N.Andelkoviç 2021-ci ilin yanvarından “Zirə”də oynayırdı.